Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
977
10.02.2026, 23:47
Gündəlik həyatımızda həddindən artıq təmizkar olan, əşyaların simmetriyasına xüsusi diqqət yetirən insanları tez-tez görürük. Bəs, bu vərdişlər sadəcə bir xüsusiyyətdir, yoxsa ciddi psixoloji pozuntu olan OKP-nin (Obsessiv-Kompulsiv Pozuntu) göstəricisidir? Bir çoxlarının səhv anladığı bu incə cizgi ilə bağlı psixoloq və psixoterapevt Türkan Piriyeva Oxu24.com-a açıqlama verib.
“Əhatəmizdəki insanlar arasında həddindən artıq təmizkarlığı sevən, kitabları hündürlüyünə görə düzənləyən və ya dolabdakı geyimləri rənglərinə görə ayıranlar olur. Amma bu, onların obsessiv-kompulsiv pozuntusu (OKP) olduğu demək deyil. Bu diaqnoz yalnız təkrar olunan, istənilməyən düşüncələr və davranışlar çox vaxt (gündə bir saatdan çox) alırsa, narahatlıq və təşviş yaradırsa və gündəlik tapşırıqların, işin, təhsilin, şəxsi münasibətlərin və ya həyatın digər vacib sahələrinə mane olursa qoyulur",-deyə o bildirib.
Ən çox rast gələn simptomlar:
Çirklənmə və təmizlik: Həddindən artıq təmizləmə və gigiyena davranışları.
Şübhə və yoxlama: Davamlı olaraq əşyaların və işlərin düzgün olub-olmadığını yoxlama.
Nizam və simmetriya ehtiyacı: Əşyaların müəyyən qaydada və simmetrik düzülməsi.
Xoşagəlməz və qadağan olunmuş fikirlər: Cinsi, dini və ya zorakılıqla bağlı istənilməyən düşüncələr.
OKP-nin yaranmasına bir çox faktor təsir edə bilər: beyin kimyası və neyrobiologiya, genetik faktorlar, psixoloji amillər və ya faktorların birləşməsi.
Obsessiv-kompulsiv pozuntu bəzən kronik hala keçsə də, bir çox insan bu xəstəlikdən tam olaraq qurtula bilir. Müalicəsi psixoterapiya, dərman müalicəsi və ya hər ikisinin birləşməsindən ibarət ola bilər.
Hörmətlə, psixoloq, psixoterapevt və ailə psixoterapevti Türkan Piriyeva
Çimnaz Telmanqızı
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.