Maksimum bal toplayan abituriyent bu ali məktəbi SEÇİB
24 Aprel 2026, 01:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1229
10.02.2026, 20:32
Bu gün Milli Məclis xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlər həyata keçirilməsini ilk oxunuşda qəbul edib. "Kinematoqrafiya haqqında" qanuna dəyişikliklər əsasən, xarici prodüserləri Azərbaycan ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək.
Bu qanun dəyişikliyi ilə bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, rejissor, prodüser Kamran Qasımov Oxu24.com saytına danışıb.
O bildirib ki, "Kinematoqrafiya haqqında" qanun 1998-ci ildə qəbul edilmişdi və bu qanun dövrü üçün müstəsna əhəmiyyətə malik idi. Amma müasir dövr, müasir kino istehsalı dünya çapında baş verən dəyişikliklər yeni yanaşmalar tələb edir.
Həmçinin oxuyun
"Belə olduğu halda qanunun dəyişikliyi,yaxud ona əlavələr edilməsi müstəsna hala çevrilir. Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Məsələləri Komitəsi tərəfindən bu gün qəbul edilən layihə son dərəcə vacibdir. Ona görə ki,birinci xarici prodüsserlərlə bağlı bənd qanunda öz əksini tapmalıdır. Müşdərək film istehsalı, birgə film istehsalı anlayışları burda dəqiq ifadə olunub və eyni zamanda prodüsser anlayışının dəqiq şəkildə ifadəsi açıqlanıb.
Çünki köhnə qanunda elə terminlər var ki, artıq onlar bu gün istifadə oluna bilməz və gərək müasir proseslə ziddiyət yaratmasın. Xüsusi ilə bu qanun layihəsində nəzərə çarpan cəhətlərdən biri rebeyt sisteminin yəni o çəkilən xərclərin bir hissəsinin geri qaytarılmasıdır.
Xarici müştərək film istehsalının hansı tələblərə uyğun şəkildə həmin statusu əldə etməsidir ki bu qanunda öz əksini tapmalıdır.
Xarici produsser çox vacibdir, bu gün dünyada müxtəlif ölkələrin müştərək film çəkilişlərini görürük. Müasir dövrdə bu çox vacib amillərdən biridir və bu hər bir ölkənin öz qanunları ilə tənzimlənir. Qanun imkan verməlidir, həmin o xarici prodüsserlər də müəyyən imkanlardan istifadə etsinlər. Bu əslində ölkəmizin kino potensialını beynəlxalq müstəvidə inkişafını səciyyələndirir. Onu da deyək ki, bu investorlar üçün kifayət qədər imkanlar yaradılmalıdır. İnvestisiyalar mühiti təşkil olunmalıdır. Qanunda əslində bu da göstərilməlidir. Dövlət və özəl studiyaların münasibətlərində qarant məsələsi ortaya çıxmalıdır.Çünki bilirsiniz, dövlət kinoya zəmanət verir. 1998-ci ilin 3 iyul tarixində Heydər Əliyev milli kinonu inkişaf etdirmək, onun təbliğinə geniş meydan açmaq məqsədilə “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda bu var. Amma bu gün biz bunu aydınlaşdırmalıyıq. Çünki bu gün mədəniyyət nazirliyinin müvafiq qurumları AR Kino Agentliyi film çəkmir, o donor rolu oynayır. Odur ki, düşünürəm ki, bu dəyişikliklər ölkəmizə xarici kino investorların axınını sürətləndirəcək və Azərbaycan kinosunun inkişafına xidmət edəcək “- deyə rejissor Kamran Qasımov vurğulayıb.
Əntiqə Rəşid
01:11 / 24 Aprel 2026
200
00:48 / 24 Aprel 2026
170
00:13 / 24 Aprel 2026
167
23:43 / 23 Aprel 2026
163
23:30 / 23 Aprel 2026
132
23:16 / 23 Aprel 2026
193
22:57 / 23 Aprel 2026
201
22:45 / 23 Aprel 2026
201
22:34 / 23 Aprel 2026
84
22:14 / 23 Aprel 2026
880
22:09 / 23 Aprel 2026
107
22:03 / 23 Aprel 2026
73
21:58 / 23 Aprel 2026
68
21:55 / 23 Aprel 2026
63
21:53 / 23 Aprel 2026
153
21:51 / 23 Aprel 2026
339
21:45 / 23 Aprel 2026
116
21:39 / 23 Aprel 2026
235
21:37 / 23 Aprel 2026
1231
21:27 / 23 Aprel 2026
224
21:16 / 23 Aprel 2026
261
21:00 / 23 Aprel 2026
275
20:34 / 23 Aprel 2026
251
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.