Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
09 Noyabr 2026, 14:04
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1100
10.02.2026, 21:17
Aparıcı və aktyor Sərxan Kərəmoğlu müğənni Rəqsanə İsmayılova ilə bağlı səsləndirdiyi sərt açıqlamalarla yenidən gündəmə gəlib.
Oxu24.com xəbər verir ki, şou-biznes nümayəndəsi verdiyi müsahibədə R.İsmayılovanın ailəsi və qızının toyu ilə bağlı deyilən fikirlərə münasibət bildirib.
O, efirdə səsləndirilən iddialarla razılaşmadığını deyərək, bu məsələnin onun adına kölgə saldığını vurğulayıb. Sərxan Kərəmoğlu bildirib ki, Rəqsanə İsmayılovanın qızının ailə qurmaq və xanım olmaq istədiyinə inanıb.
Sərxan qeyd edib ki, onun barəsində efirdə səsləndirilən "toy saxtadır" iddiaları həqiqəti əks etdirmir və bu cür fikirlər onun haqqına girmək deməkdir. O, Rəqsanə İsmayılovanın bu mövzuda dediklərini ağır ittiham kimi qiymətləndirib və bundan sonra onunla bağlı fikrinin dəyişməyəcəyini söyləyib:
"Anası ölə, gəbərə - inanmaram. O qıza inanıram ki, ailə qurub xanım olmaq istəyib. Əslində övladını ucaldıram. O isə özünü qabağa verir ki, mənə “niyə inanmırsan?” deyir. Demişdim ki, bəyi də, atasını da tanıyıram, amma o bəyə güvənmirəm. Buna baxmayaraq, efirdə şər atır ki, guya Sərxan deyir qızımın toyu saxtadır. Elə bir insana arzum odur ki, məndən də pis günə qalsın. Mənim haqqıma girir. Bundan sonra onun barəsində fikrim heç vaxt dəyişə bilməz.
Mənimlə eyni toydaydı, demişdi ki, Sərxan yoxdursa, gəlmirəm. Musiqiçilərə deyib ki, toya getməyin, 150 min rublu alıb yeyib, verməyib. Ona deyiblər ki, Sərxan məclisdə olacaq. Məncə, xalqın qarşısında yaxşı söz demək lazımdır. Hamının gözündə adamı batırıb, sonra evdə kiməsə 'Sərxandan yaxşısı yoxdur' demək düzgün deyil. Ağzına zəhərmaraq qalsın o sözlər ki, insanların içində məni 5 qəpiklik elə, sonra Naziləyə de ki, Sərxan yaxşı oğlandır".
Qeyd edək ki, səsləndirilən bu fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və tərəflər arasında qalmaqal daha da böyüyüb. (milli.Az)
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.