Azərbaycana qar YAĞIR
06 May 2026, 11:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1662
10.02.2026, 17:40
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb.
Oxu24.com xəbər verir ki, bu gün Bakı şəhəri Səbail Rayon Məhkəməsində Mehdiyev Ramiz Ənvər oğlu barəsində seçilən ev dustaqlığı qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.
Xatırladaq ki, Ramiz Mehdiyev AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail Rayon Məhkəməsi ötən il oktyabrın 14-də Ramiz Mehdiyev barəsində açılan cinayət işi üzrə qərar qəbul edib.
Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyevin barəsində verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Bundan başqa, cinayət işi üzrə AXCP sədri Əli Kərimli, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim, AMEA katibliyinin keçmiş rəisi və Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov və "Hürriyyət" qəzeti və "Hürriyyət TV"nin baş redaktoru Vüqar Məmmədov həbs olunub.
Həmçinin oxuyun
Dünən məhkəmə onlar barəsində seçilən həbs qətimkan tədbirlərinin müddətini müvafiq olaraq uzadıb.
Qeyd edək ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.(apa)
11:58 / 06 May 2026
1
11:55 / 06 May 2026
15
11:47 / 06 May 2026
16
11:42 / 06 May 2026
25
11:32 / 06 May 2026
332
11:16 / 06 May 2026
33
11:11 / 06 May 2026
33
10:53 / 06 May 2026
36
10:52 / 06 May 2026
37
10:45 / 06 May 2026
230
10:35 / 06 May 2026
163
10:33 / 06 May 2026
42
10:29 / 06 May 2026
51
10:19 / 06 May 2026
50
10:18 / 06 May 2026
39
10:16 / 06 May 2026
35
10:14 / 06 May 2026
46
10:13 / 06 May 2026
51
10:11 / 06 May 2026
56
09:26 / 06 May 2026
53
00:53 / 06 May 2026
122
00:21 / 06 May 2026
383
23:52 / 05 May 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.