Adnan Əhmədzadə ilə Vahid Ələkbərovu - Nə birləşdirir?
05 Dekabr 2025, 16:07
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
551
06.10.2025, 18:02
Bu ilin aprelində Xaçmazın Xaspoladoba kəndində 45 yaşlı Yaqut Məmmədovanın həyat yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, mərhumun həyat yoldaşı, həmin kəndin mollası 1977-ci il təvəllüdlü Asəf Məmmədova hökm oxunub.
Bildirilib ki, hadisə baş verən gün Asəfin qardaşı oğlunun əsgər getməsi ilə əlaqədar məclis olub və həyat yoldaşı Yaqut həmin məclisdə iştirak edib. Oraya gedən Asəf xanımından məclisi tərk etməsini tələb edib və onu evə aparıb. Yolda olarkən qadın ərini onun qohum məclislərində iştirak etməyə imkan verməməkdə günahlandırıb və aralarında mübahisə baş verib.
Həmçinin oxuyun
Evə getdikdən sonra mübahisə davam edib və Asəf arvadını yaylıqla boğaraq qətlə yetirib. O, həyat yoldaşını öldürəndən sonra kənd məscidində gecə namazı qılıb, daha sonra isə polis şöbəsinə gedərək təslim olub.
Məhkəmədə ifadə verən A.Məmmədov arvadını qətlə yetirdiyinə görə çox peşman olduğunu, daha əvvəl heç vaxt onu incitmədiyini, əvvəllər nevrozdan əziyyət çəkdiyini və əsəblərinə hakim ola bilmədiyi üçün belə bir əməl törətdiyini deyib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədova 10 il 6 ay həbs cəzası verilib.
16:30 / 05 Dekabr 2025
11
16:25 / 05 Dekabr 2025
25
16:07 / 05 Dekabr 2025
56
16:01 / 05 Dekabr 2025
23
15:50 / 05 Dekabr 2025
40
15:45 / 05 Dekabr 2025
34
15:43 / 05 Dekabr 2025
39
15:38 / 05 Dekabr 2025
75
15:18 / 05 Dekabr 2025
1030
15:07 / 05 Dekabr 2025
101
15:00 / 05 Dekabr 2025
74
14:52 / 05 Dekabr 2025
343
14:32 / 05 Dekabr 2025
80
14:28 / 05 Dekabr 2025
530
14:24 / 05 Dekabr 2025
105
14:01 / 05 Dekabr 2025
62
14:00 / 05 Dekabr 2025
131
13:48 / 05 Dekabr 2025
603
13:21 / 05 Dekabr 2025
60
13:18 / 05 Dekabr 2025
66
13:12 / 05 Dekabr 2025
66
13:02 / 05 Dekabr 2025
87
12:53 / 05 Dekabr 2025
271
12:46 / 05 Dekabr 2025
76
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.