Bakı, Sumqayıt və Masallıda 40 kiloqram narkotik dövriyyədən çıxarılıb
26 May 2026, 11:20
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1827
04.10.2025, 23:02
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılmış vəziyyətdə qalması barədə məlumat daxil olub.
Oxu24.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "BMW" və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və "BMW" markalı minik avtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Quliyev Rüfət Teymur oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə nəticəsində ümumilikdə 1-i qadın olmaqla 4 nəfər xəsarət alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
*** Yeniləndi...
Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, bu gün saat 19 radələrində Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 42-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Rəşad Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Rüfət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobil toqquşub.
Nəticədə hər iki avtomobilin sürücüsü – Rəşad Ələsgərov və Rüfət Quliyev hadisə yerində həyatını itirib, ümumilikdə 4 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
11:30 / 26 May 2026
1
11:21 / 26 May 2026
20
11:20 / 26 May 2026
25
11:17 / 26 May 2026
40
10:56 / 26 May 2026
96
10:55 / 26 May 2026
63
10:50 / 26 May 2026
67
10:40 / 26 May 2026
165
10:35 / 26 May 2026
77
10:33 / 26 May 2026
64
10:16 / 26 May 2026
378
10:12 / 26 May 2026
74
10:04 / 26 May 2026
69
09:53 / 26 May 2026
70
09:47 / 26 May 2026
63
09:46 / 26 May 2026
146
09:45 / 26 May 2026
76
09:36 / 26 May 2026
322
09:31 / 26 May 2026
57
09:27 / 26 May 2026
268
09:23 / 26 May 2026
130
09:19 / 26 May 2026
68
09:17 / 26 May 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.