Bakıda həkimin bağbanı villada sürücünü bıçaqladı - Video
20 Noyabr 2026, 23:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
673
08.01.2025, 14:30
Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Oxu24.com ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsidə hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Pərviz Xudaverdiyevin qardaşı şahid qismində ifadə verib.
Şahid Şahin Xudaverdiyev bildirib ki, onun eşitmə, görmə və yaddaşla bağlı problemi olduğu üçün hadisəni dəqiq xatırlamır:
"Mən heç nə bilmirəm. Onu eşitmişəm ki, qardaşım qudam Cavanşiri öldürüb. Kim demişdi xatırlamıram. Məsələ isə qızımla əlaqədar olmayıb. 5 ildən sonra qızımı boşatdırıb gətirdim evə. Sosial şəbəkədə paylaşılanlardan da xəbərim yoxdur. Mən köhnə model telefon istifadəçisiyəm".
Bu zaman hakim Novruz Kərimov ona qardaşının bunu niyə etməsinin səbəbini soruşub. Şahid cavab verib ki, qardaşı da daxil olmaqla ailəsinin bir neçə üzvü ruhi xəstəlikdən əziyyət çəkib:
"Bizim ailədə ikinci qardaşımdan başqa hamı ruhi dispanserdə müalicə alıb. Pəvizin də belə problemi olub. Ümumiyyətlə, hadisəni niyə törətdiyini bilmirəm. Silah-sursat da görməmişəm".
Dövlət ittihamçısı şahidə Amin Xudaverdiyevin qətli ilə bağlı da sual ünvanlayıb. Belə ki, istintaq materiallarına əsasən hər iki qətlin əlaqəli olduğu ilə əlaqədar əsaslı şübhələr müəyyən edilib. Şahin Xudaverdiyev bildirib ki, qətlə yetirilən hər iki şəxsin bir-birilə əlaqəsi yaxşı olub. Onların arasında ədavət olması ehtimalı ilə bağlı məlumatı yoxdur.
Növbəti proses 22 yanvar tarixinə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi 2023-cü ilin noyabrın 1-də Xəzər rayonu Şağan qəsəbəsində baş verib. İş adamı 53 yaşlı Cavanşir Abdullayevin "Revolver" markalı tapança ilə qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Pərviz Xudaverdiyev polisə gələrək könüllü təslim olub.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyev ölən şəxsin qohumu olub. Belə ki, C.Abdullayev Pərvizin əmisi Mərdəkanlı Amilin qudası imiş.
İlkin iddiaya görə, C. Abdullayevin oğlu Ruhulla bir müddət əvvəl Pərvizin bacısını qaçırıb. Belə ki, Ruhulla Pərvizin bacısını boşadığı üçün münaqişə yaranıb. Mərhum C.Abdullayev quyu qazan texnikanın sürücüsü kimi, P. Xudaverdiyev isə qəssab kimi fəaliyyət göstəriblər.
Onu da xatırladaq ki, bu il avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabir oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşir oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Amin Xudaverdiyev uzun illər Rövşən Lənkəranskinin tərəfdarları sırasında yer alıb. 2012-ci ildə Rövşən Lənkəranski ilə Nadir Səlifovun yaxın adamı Qoca ləqəbli Etibar Ələkbər oğlu Məmmədovun arasında insident yaşanarkən Amin Xudaverdiyev birincinin tərəfində dayanıb. Bundan sonra isə uzun illər Rövşən Lənkəranskinin sağ əli hesab olunub.
23:23 / 20 Noyabr 2026
1
23:06 / 20 Noyabr 2026
56
22:45 / 20 Noyabr 2026
75
22:35 / 20 Noyabr 2026
71
22:22 / 20 Noyabr 2026
82
22:01 / 20 Noyabr 2026
94
21:52 / 20 Noyabr 2026
85
21:48 / 20 Noyabr 2026
86
21:21 / 20 Noyabr 2026
97
20:50 / 20 Noyabr 2026
134
20:40 / 20 Noyabr 2026
180
20:33 / 20 Noyabr 2026
119
20:25 / 20 Noyabr 2026
249
20:25 / 20 Noyabr 2026
127
20:20 / 20 Noyabr 2026
124
20:18 / 20 Noyabr 2026
118
20:06 / 20 Noyabr 2026
115
20:02 / 20 Noyabr 2026
823
20:01 / 20 Noyabr 2026
112
19:50 / 20 Noyabr 2026
140
19:50 / 20 Noyabr 2026
117
19:46 / 20 Noyabr 2026
122
19:37 / 20 Noyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.