Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
26 Noyabr 2026, 21:52
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
379
06.05.2024, 17:02
Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 192 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir.
Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdən 14-ü hələ də məhkəməyə gəlmir.
Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan budəfəki iclas da şahidlərsiz keçirilib. Sədrlik edən hakim Azad Məcidov iclasa yenidən çağırışlarına gəlməyən şahidlərdən gileylənməklə başlayıb.
Məlumat üçün deyək ki, məhkəmədən yayınan şahidlər haqda dəfələrlə təkrar məcburi gətirilmə qərarı qəbul edilib, müxtəlif qurumlara, o cümlədən Milli Elmlər Akademiyasının vitse-prezidenti Gövhər Baxşəliyevaya məktub göndərilib.
Budəfəki iclasda prokuror və AMEA-nın nümayəndəsi olan vəkil Orxan Zeynalov gəlməyən şahidlərlə bağlı mübarizəni dayandırıb əvvəlki ifadələrini elan etməyi təklif edib.
"Heç bir işdə məhkəmə bu qədər məcburi gətirilmə qərarı qəbul etmir. Bir neçə yerə müraciət etmişik"-prokuror deyib.
Sədrlik edən hakim bir daha təkrar edib ki, məhkəmə qalan şahidlərin gətirilməsi üçün bütün vasitələrdən istifadə edir: "Bakı Şəhər Baş Polis İdarəsi, AMEA, yerli polis şöbələri - hər yerə müraciət etmişik. Şahidlər göndərirlər ki, istintaq vaxtı dediklərimizi təsdiq edirik. AMEA-nın vitse-prezidentinə də məktub yazdıq, bilərəkdən, ya bilməyərəkdən cavab vermədi. Nə edək?! Müdafiə tərəfi, siz deyin".
Həmin 14 nəfər şahiddən biri də Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq direktoru Maisə Rəhimovadır. Təqsirləndirilən tarixçi alim əvvəlki iclaslarda demişdi ki, ekspedisiya adı ilə maaş yazılmış, amma əslində işə gəlməyən şəxslərin pulunu Maisə Rəhimovaya verib.
Bu günlərdə isə məhkəməyə məlumat daxil olub ki, M.Rəhimova insult keçirib.
"Səbuhi Hüseynov burada pulları ona verdiyini deyəndən sonra Maisə Rəhimova insult olub. Yəqin ki, mediada yazılanları oxuyub" - hakim Azad Məcidov deyib.
54 il AMEA-da çalışan tarix elmləri doktoru Maisə Rəhimova 2021-ci ildə işdən çıxarılıb. Həmin vaxt AMEA-nın prezidenti Ramiz Mehdiyev idi. O, Xalq artisti Zeynəb Xanlarovanın qudasıdır.
22:07 / 26 Noyabr 2026
31
21:58 / 26 Noyabr 2026
56
21:52 / 26 Noyabr 2026
56
21:43 / 26 Noyabr 2026
63
21:37 / 26 Noyabr 2026
87
21:33 / 26 Noyabr 2026
83
21:27 / 26 Noyabr 2026
75
21:19 / 26 Noyabr 2026
82
21:08 / 26 Noyabr 2026
93
21:04 / 26 Noyabr 2026
680
20:55 / 26 Noyabr 2026
101
20:50 / 26 Noyabr 2026
90
20:38 / 26 Noyabr 2026
89
20:31 / 26 Noyabr 2026
98
20:26 / 26 Noyabr 2026
219
20:22 / 26 Noyabr 2026
95
20:09 / 26 Noyabr 2026
108
20:02 / 26 Noyabr 2026
196
19:58 / 26 Noyabr 2026
866
19:46 / 26 Noyabr 2026
126
19:30 / 26 Noyabr 2026
135
19:23 / 26 Noyabr 2026
173
19:13 / 26 Noyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.