Qaynar xətt:

(+99450) 247 90 86

Kapital Bank-ın aktivləri 3,5 milyard manata çatıb

2018-10/1539259811_kapitalb.jpg

İQTİSADİYYAT

775

11.10.2018, 16:09

\"\" Kapital Bank-ın aktivləri 1 oktyabr 2018-ci il tarixinə 3,5 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,4 milyard manat olub.
Oxu24.com  Bankn hesabatlarına istinadən xəbər verir ki, bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2018-ci il tarixinə 2,7 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 milyard manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 235 milyon manat çoxdur. Bankın 1 oktyabr 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 295,3 milyon manat, adi və imtiyazlı səhmlər isə 205,8 milyon manat təşkil edir Qeyd edək ki, Kapital Bank Moody\'s və Standard & Poor\'s beynəlxalq reytinq Agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.