Bakıda temperatur 7-8 dərəcə enəcək - Növbəti 3 gün...
15 Noyabr 2026, 10:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
997
25.12.2025, 16:33
Bu gün məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, professor mərhum Qara Mustafayevin doğum günüdür. Yaşasaydı, 94 yaşı tamam olacaqdı.
Oxu24.com xatırladır ki,Qara Mustafayev 25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda kolxozçu ailəsində anadan olub.
1954-cü ildə ADU-nun biologiya fakültəsini bioloq-zooloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
1954-1957-ci illərdə aspiranturada təhsil alıb. 1958-ci ildə elmlər namizədi (1958) və elmlər doktoru (1985) alimlik dərəcələrini və sonra professor elmi adını alıb. 1958-1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda elmi işçi, 1960-cı ildən ömrünün son illərinə qədər Bakı Dövlət Universitetinin Biologiya fakültəsində çalışıb.
Elmdə və təhsildəki xidmətlərinə görə o 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplom və digər mükafat və qiymətli hədiyyələrlə təltif olunub, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilib və "Şöhrət Ordeni"nə layiq görülüb. Ailəlidir, 3 övladı var.
Xatırladaq ki, mərhum Azərbaycanın dövlət televiziyasında yayımlanan “Təbiəti sevənlər” verilişinin aparıcısı kimi məşhur idi.
2018-ci ildə vəfat edib.
Hələ sağlığında vəsiyyət edir ki, onu Fəxri Xiyabanda yox, xanımımın məzarının yanında dəfn etsinlər.
O, hər 15 gündən bir xanımının məzarını ziyarət edərdi: "Hər gün xanımımın məzarını ziyarət etsəm, ağlaya-ağlaya səhərə qədər qəbirinin mərmərinin üstündə yatsam, o nisgilin yerini heç nə verməz”.
Sonuncu dəfə xanımının məzarını ziyarət edəndə deyir: "Sima, darıxma, yanına gələcəm”.
Tanınmış ziyalı can verəndə gəlininin əlini və üzünü öpür, halallıq istəyir.
Alim 64 ildə yığdığı şəxsi kitabxanasını universitetə bağışlamışdı.
Allah rəhmət etsin.
Hazırladı: Miri Məcidli
Yazıda Anar Tağıyevevin paylaşdığı məlumatlardan istifadə olunub.
10:25 / 15 Noyabr 2026
7
10:21 / 15 Noyabr 2026
29
10:18 / 15 Noyabr 2026
33
10:12 / 15 Noyabr 2026
56
09:35 / 15 Noyabr 2026
268
07:35 / 15 Noyabr 2026
100
05:50 / 15 Noyabr 2026
115
01:35 / 15 Noyabr 2026
135
01:10 / 15 Noyabr 2026
145
23:59 / 14 Noyabr 2026
342
23:51 / 14 Noyabr 2026
190
23:47 / 14 Noyabr 2026
203
23:33 / 14 Noyabr 2026
170
23:23 / 14 Noyabr 2026
502
23:16 / 14 Noyabr 2026
167
23:05 / 14 Noyabr 2026
701
23:01 / 14 Noyabr 2026
533
22:28 / 14 Noyabr 2026
1365
22:19 / 14 Noyabr 2026
173
21:55 / 14 Noyabr 2026
177
21:32 / 14 Noyabr 2026
198
21:22 / 14 Noyabr 2026
279
21:11 / 14 Noyabr 2026
1177
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.