Neftimizin qiyməti dəyişdi
03 Noyabr 2026, 10:51
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
382
30.08.2026, 17:25
“Expressbank”ın nağd kredit şərtlərində dəyişiklik edilib.
Oxu24.com "Plat.az"a istinadən xəbər verir ki, “Expressbank” nağd istehlak kreditləri üzrə minimum faiz dərəcəsini aşağı salsa da, kredit üzrə tutula biləcək maksimum komissiyanı artırıb.
Təminatsız nağd kredit üzrə illik faiz dərəcəsi əvvəlcə 9,9%-dən, komissiya isə 0-3% intervalında təklif edilirdi.
Avqustun 28-dən isə bank kredit üzrə minimum illik faiz dərəcəsini 8,5%-ə endirib. Bununla yanaşı, komissiyanın maksimum həddi 3%-dən 5%-ə qaldırılıb.
Beləliklə, kredit üzrə minimum faiz dərəcəsi 1,4 faiz bəndi və ya 14,1% azaldıldığı halda, maksimum komissiya 2 faiz bəndi və ya 66,7% artırılıb.
Kreditin digər əsas şərtlərində isə dəyişiklik görünmür. Təminatsız kredit üzrə maksimum məbləğ 40 min manat, müddət isə 59 ayadək olaraq qalır.
Yeni şərtlərə əsasən, maksimum 5%-lik komissiya tətbiq edilərsə, 10 min manat kredit üzrə birdəfəlik komissiya 500 manat, 20 min manat kredit üzrə 1 000 manat, 40 min manat kredit üzrə isə 2 000 manat təşkil edə bilər. Əvvəlki 3%-lik maksimum həddlə bu məbləğlər müvafiq olaraq 300, 600 və 1 200 manat idi. Beləliklə, 40 min manatlıq kreditdə mümkün maksimum komissiya xərci 800 manat artıb.
Bu baxımdan, bank kreditin reklam olunan minimum faizini aşağı salsa da, komissiyanın yuxarı həddinin artırılması müştərinin kredit üzrə ümumi xərcinə təsir edə bilər. Konkret kreditin real maya dəyəri isə müştəriyə tətbiq olunan faiz, komissiya və kredit müddətindən asılı olacaq.
Qeyd edək ki, bankın təqdim etdiyi məlumatda kreditlər üzrə FİFD 11,9%-36,6% intervalında göstərilir.
01:07 / 04 Noyabr 2026
67
00:56 / 04 Noyabr 2026
95
00:38 / 04 Noyabr 2026
166
00:30 / 04 Noyabr 2026
89
00:29 / 04 Noyabr 2026
124
00:18 / 04 Noyabr 2026
151
00:11 / 04 Noyabr 2026
90
00:10 / 04 Noyabr 2026
175
23:58 / 03 Noyabr 2026
216
23:58 / 03 Noyabr 2026
3421
23:50 / 03 Noyabr 2026
140
23:40 / 03 Noyabr 2026
129
23:34 / 03 Noyabr 2026
138
23:04 / 03 Noyabr 2026
303
22:59 / 03 Noyabr 2026
86
22:52 / 03 Noyabr 2026
118
22:48 / 03 Noyabr 2026
96
22:45 / 03 Noyabr 2026
118
22:33 / 03 Noyabr 2026
134
22:30 / 03 Noyabr 2026
157
22:29 / 03 Noyabr 2026
229
22:25 / 03 Noyabr 2026
97
22:21 / 03 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.