Qaynar xətt:

(+99450) 247 90 86

TƏBİB tabeliyində fəaliyyət göstərən xəstəxanalarla bağlı RƏSMİ AÇIQLAMA

TƏBİB tabeliyində fəaliyyət göstərən xəstəxanalarla bağlı RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

95

04.11.2026, 00:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu ilin sonuna qədər TƏBİB tabeliyində fəaliyyət göstərən xəstəxanalarda xidmət çeşidləri artırılacaq.

Oxu24.com xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən, İcraçı direktorun müavini Bahadur Rzayev Xətai Tibb Mərkəzində yeni Göz xəstəlikləri və cərrahiyyə şöbəsinin açılışı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeniliklər davamlı xarakter daşıyır:

"Cari dövrə qədər olan müddətdə həm oftalmologiya, həm də digər istiqamətlərdə bir çox layihələr olub. İlin sonuna kimi də bir çox layihələrimiz var və həmin layihələr üzrə açılışlarımız nəzərdə tutulacaq, xidmət çeşidləri artırılacaq".