Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda polis hər yerdə bu qızı AXTARIR

Bakıda polis hər yerdə bu qızı AXTARIR

KRİMİNAL

175

03.11.2026, 23:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xırdalanda 12 yaşlı qız itkin düşüb.

Oxu24.com  xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb.

O, polisə müraciət etdiyini də qeyd edib:

“Həyətdə kameralar var, xalçayuma məntəqəsinin qarşısında da kamera var, amma xahiş etdim göstərmədilər. Polisə müraciət etdim, dedilər bizlikdi, biz baxacağıq”, - deyə o əlavə edib.

Anası bildirib ki, uşağın sağ əlində anadangəlmə problem olub.

“Əsəb problemi də var idi, amma mənim və atasının nömrəsini bilirdi. Nəsə olsa idi, zəng edərdi ki, mən filan yerdəyəm gəl apar”, - deyə o əlavə edib.

DİN-in Mətbut Xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, şəxs axtarışa elan olunub.

“İtkin düşmə kimi axtarışa elan edilmiş şəxsin yerinin müəyyən olunaraq tapılması istiqamətində polis tərəfindən tədbirlər görülür”, - deyə o əlavə edib.