TƏBİB tabeliyində fəaliyyət göstərən xəstəxanalarla bağlı RƏSMİ AÇIQLAMA
04 Noyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
119
03.11.2026, 23:40
Azərbaycan dünyada son 80 ildə müharibədə tam və mütləq qələbə qazanan yeganə ölkədir.
Oxu24.com xəbər verir ki,bu sözləri "Report"a- a açıqlamasında deputat Pərvanə Vəliyeva ABŞ-li ekspertlərin Azərbaycanın 44 günlük müharibədəki qələbəsinə həsr etdiyi "Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə" kitabını şərh edərkən bildirib.
O deyib ki, qələbəni həm silahlar, həm də uzunmüddətli strategiya, güclü dövlət, düzgün qərarlar və milli iradə təmin edir: "Bu aksiom, məhz Azərbaycanın təcrübəsində doğrulanıb. ABŞ-li hərbi tədqiqatçılar Liam Collins and John Spencer "dron müharibəsi" narrativini araşdıraraq, Azərbaycanın timsalında, müharibənin taleyində texnologiyanın fundamental rolunun olub-olmaması ilə bağlı qlobal debata son qoyublar. Müəlliflər 44 günlük Vətən Müharibəsində əldə olunan Qələbənin arxasında onilliklər ərzində aparılmış strateji hazırlıq, hərbi islahatlar, effektiv rəhbərlik, düzgün planlaşdırma və milli gücün dayandığı qənaətinə gəliblər. Qeyd olunur ki, texnologiya mühüm rol oynayırdı, lakin ondan necə və hansı üsullarla istifadə edilməsi daha böyük əhəmiyyət daşıyırdı".
Deputat söyləyib ki, Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində dünya hərb tarixində misli görünməmiş uğurlara imza atıb: "Ali Baş Komandan müharibə vaxtı Komanda Məntəqəsindən birbaşa döyüşü idarə edib, əməliyyatlara başçılıq edib. Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında bildirib ki, müharibəyə başlamaq asandır, lakin onu bitirmək və qalib gəlmək çətindir. Dövlət başçımız Azərbaycanın təcrübəsinin hazırda müharibə aparan dövlətlər tərəfindən öyrənilməsinin faydalı ola biləcəyini vurğulayıb. Azərbaycan yalnız müharibədə qalib gəlməyi deyil, müharibəni düzgün məqamda dayandırmağı və qələbəni sülh təklifinə çevirməyi bacaran dövlət kimi fərqlənir.
Münaqişələr bəzən onilliklərlə davam edir, nəsillərin taleyinə təsir göstərir və bütöv regionların inkişafını əngəlləyir. Azərbaycanın təcrübəsini fərqləndirən məqamlardan biri məhz bu prosesin ardıcıllığıdır. Ölkəmiz 30 il ərzində beynəlxalq hüquqa əsaslanan siyasi və diplomatik həll yollarını gözlədi, danışıqlarda iştirak etdi. Lakin bu proses nəticə vermədikdə, özünümüdafiə hüququndan istifadə edərək ərazi bütövlüyünün bərpası istiqamətində hərəkətə keçdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı, 2023-cü ildə isə 23 saatlıq antiterror tədbirləri nəticəsində suverenliyini ölkənin bütün ərazisində bərpa etdi".
P.Vəliyevanın sözlərinə görə, Azərbaycan dünyada son 80 ildə müharibədə tam və mütləq qələbə qazanan yeganə ölkədir: "Tarixi Qələbəmizin ABŞ-dən olan, hərbi və akademik sahədə tanınmış ekspertlər tərəfindən iki ilə yaxın müddətdə araşdırılması və ayrıca elmi nəşrə çevrilməsi ölkəmizin hərb təcrübəsinə beynəlxalq marağın göstəricisidir. Müəlliflər tədqiqat zamanı hərbi və mülki mütəxəssislərlə görüşüb, döyüşlərin baş verdiyi ərazilərdə araşdırmalar aparıblar. Bu, sadəcə hadisələrin kənardan şərh edilməsi deyil, faktlara, müsahibələrə və sahə araşdırmalarına əsaslanan sistemli tədqiqatdır. Müəlliflər Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbəni yalnız texnoloji üstünlüklərin tətbiqi ilə izah etmirlər. Əksinə, onların əsas qənaəti ondan ibarətdir ki, bunun arxasında güclü strateji və hərbi hazırlıq, yüksək milli ruh, effektiv rəhbərlik kimi amillər dayanır.
Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin dövründə formalaşmış ən əsas prinsip ondan ibarət olub ki, ölkənin təhlükəsizliyinin əsas qarantı elə Azərbaycan dövlətinin özü olmalıdır. Yəni, ordu quruculuğu, iqtisadi güc və diplomatik siyasət daxili imkanlarla gücləndirilməlidir. Kitabda bəhs edilən onilliklər ərzində aparılan strateji hazırlıq, fikrimcə, bu prinsipin nəticəsidir.
Müəlliflər Hadrut və Şuşanın azad olunması əməliyyatlarının dünya hərb tarixində şəhər döyüşünün ən yüksək səviyyədə keçməsinə nümunə kimi qeyd edir".
Onun sözlərinə görə, Şuşa əməliyyatı mürəkkəb dağlıq relyefdə, xüsusi təyinatlı qüvvələrin iştirakı və fərqli əməliyyat yanaşmaları ilə həyata keçirilməsi baxımından hərbi mütəxəssislərin diqqətini cəlb edir:
"Ali Baş Komandanın diplomatik səriştəsi nəticəsində Ağdam, Kəlbəcər və Laçın da bir güllə belə atılmadan işğalçıdan təmizlənib. Burada ən mühüm siyasi məqam Qələbədən sonrakı mərhələdir. Azərbaycan əldə etdiyi hərbi nəticədən sonra irəli getmədi, revanşizm və sonsuz müharibə siyasəti seçmədi. Əksinə, Ermənistanla sülh gündəliyinin təşəbbüskarı oldu. Azərbaycanın beynəlxalq nüfuzunun ən mühüm göstəricilərindən biri də əldə etdiyi hərbi nəticəni sülh və quruculuq gündəliyinə çevirmək bacarığıdır. Bu gün bizim üçün əsas məsələ regionda davamlı sülhün, təhlükəsizliyin, əməkdaşlığın və iqtisadi əlaqələrin inkişafıdır".
Deputat vurğulayıb ki, bu cür tədqiqatlar Azərbaycanın beynəlxalq informasiya məkanında öz təcrübəsini təqdim etmək imkanlarını genişləndirir: "Uzun illər Qarabağ münaqişəsi haqqında beynəlxalq müzakirələrdə müxtəlif yanaşmalar və birtərəfli qiymətləndirmələr mövcud olub. İndi isə Azərbaycanın müharibə təcrübəsi xarici ekspertlərin araşdırmaları, elmi təhlillər və beynəlxalq nəşrlər vasitəsilə də öyrənilir. Bu, ölkəmizin mövqeyinin daha geniş auditoriyaya çatdırılması baxımından əhəmiyyətlidir.
Düşünürəm ki, bu kitab Azərbaycanın yalnız hərbi təcrübəsinin öyrənilməsi baxımından deyil, həm də dövlətçilik modelinin və milli gücünün daha geniş müstəvidə müzakirəyə çıxarılması baxımından əhəmiyyət daşıyır".
00:38 / 04 Noyabr 2026
6
00:30 / 04 Noyabr 2026
42
00:29 / 04 Noyabr 2026
77
00:18 / 04 Noyabr 2026
94
00:11 / 04 Noyabr 2026
60
00:10 / 04 Noyabr 2026
116
23:58 / 03 Noyabr 2026
53
23:58 / 03 Noyabr 2026
3383
23:50 / 03 Noyabr 2026
111
23:34 / 03 Noyabr 2026
110
23:04 / 03 Noyabr 2026
251
22:59 / 03 Noyabr 2026
72
22:52 / 03 Noyabr 2026
106
22:48 / 03 Noyabr 2026
87
22:45 / 03 Noyabr 2026
102
22:33 / 03 Noyabr 2026
121
22:30 / 03 Noyabr 2026
139
22:29 / 03 Noyabr 2026
198
22:25 / 03 Noyabr 2026
87
22:21 / 03 Noyabr 2026
118
22:20 / 03 Noyabr 2026
269
22:18 / 03 Noyabr 2026
790
22:13 / 03 Noyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.