Azərbaycanda kredit faizləri dəyişir? -İqtisadçı AÇIQLADI
09 Noyabr 2026, 22:21
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
653
09.06.2026, 13:33
Cari ilin ikinci yarısına yaxınlaşdıqca qlobal maliyyə bazarlarında qeyri-müəyyənliklər yenidən investorların diqqət mərkəzinə çevrilib. Son aylarda Yaxın Şərqdə artan gərginlik, neft qiymətlərində dalğalanmalar və qızılın tarixi yüksək səviyyələrə yaxınlaşması bazarlarda qeyri-müəyyənliyi daha da artırıb. Bununla yanaşı, investorlar ABŞ Mərkəzi Bankının faiz dərəcələri ilə bağlı növbəti qərarlarını diqqətlə izləyirlər. Belə bir şəraitdə neft, enerji bazarlarının və əsas valyutaların ilin sonunadək necə dəyişəcəyi ilə bağlı gözləntilər aktuallığını qoruyur.
Oxu24.com xəbər verir ki,İqtisadçı-ekspert Xalid Kərimli AZƏRTAC-a açıqlamasında qlobal bazarlarda gözlənilən tendensiyalar, neft və qızıl qiymətlərinin perspektivləri, eləcə də dolların mövqeyi ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, ilin ikinci yarısında da dünya birjalarını qeyri-müəyyənlik və volatillik gözləyir.
“Bu prosesə təsir edən əsas amillərdən biri ABŞ Mərkəzi Bankının həyata keçirəcəyi faiz dərəcəsi siyasəti və verəcəyi mesajlar olacaq. Digər mühüm amil isə Yaxın Şərqdə, xüsusilə İran–ABŞ–İsrail xəttində hadisələrin hansı istiqamətdə inkişaf etməsi və gərnginliyin hansı formada dəyişməsidir. Eyni zamanda, qlobal iqtisadi artımın zəifləməsi və inflyasiya təzyiqləri də birjalara təsir göstərən əsas faktorlar sırasında qalacaq”,- deyə o diqqətə çatdırb.
X.Kərimlinin fikrincə, qızıl bazarında qiymətlərin hərəkəti əsasən geosiyasi gərginliklərdən ilhamlanacaq: “Mərkəzi bankların qızıl alışlarının və ehtiyatların diversifikasiya siyasətinin təsirindən qiymətlərin artım istiqamətində hərəkət edəcəyi gözlənilir. Bununla yanaşı, ABŞ Mərkəzi Bankının faiz dərəcəsi siyasəti də qızılın qiymətinə təsir göstərən vacib faktorlardan biridir. Qlobal inflyasiyanın artması və kəskin faiz siyasəti qızılın bahalaşmasını məhdudlaşdıran amildir”.
Enerji bazarlarına gəlincə, ekspert burada da volatillik və qiymət tərəddüdlərinin davam edəcəyini vurğulayıb. Onun sözlərinə görə, neft bazarında əsas diqqət Yaxın Şərqdə, xüsusilə Hörmüz boğazında baş verən proseslərə yönələcək.
X.Kərimli qeyd edib ki, qlobal iqtisadi artımın zəifləməsi və Körfəz regionundan kənar ölkələrin hasilatı artırması neftin kəskin bahalaşmasının qarşısını ala bilər.
“Eyni zamanda, Yaxın Şərqdə gərginlik azalarsa və Hörmüz boğazı açılarsa neft qiymətlərində kəskin ucuzlaşma müşahidə edə bilərik”,- deyə o bildirib.
Ekspertin sözlərinə görə, ilin ikinci yarısında da dollar qlobal valyuta bazarında dominant mövqeyini qoruyacaq: “Dolların digər aparıcı valyutalara nisbətdə məzənnə dinamikası isə əsasən ABŞ Mərkəzi Bankının faiz dərəcəsi siyasətindən birbaşa asılı olacaq”.
22:35 / 10 Noyabr 2026
18
22:30 / 10 Noyabr 2026
144
22:27 / 10 Noyabr 2026
60
22:19 / 10 Noyabr 2026
58
22:04 / 10 Noyabr 2026
108
21:55 / 10 Noyabr 2026
411
21:51 / 10 Noyabr 2026
82
21:49 / 10 Noyabr 2026
171
21:46 / 10 Noyabr 2026
176
21:44 / 10 Noyabr 2026
87
21:40 / 10 Noyabr 2026
85
21:33 / 10 Noyabr 2026
18656
21:19 / 10 Noyabr 2026
103
21:12 / 10 Noyabr 2026
119
21:10 / 10 Noyabr 2026
427
20:56 / 10 Noyabr 2026
103
20:54 / 10 Noyabr 2026
528
20:46 / 10 Noyabr 2026
116
20:35 / 10 Noyabr 2026
132
20:17 / 10 Noyabr 2026
114
20:10 / 10 Noyabr 2026
1396
19:59 / 10 Noyabr 2026
120
19:58 / 10 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.