Artım 2%-ə qədər olub - RƏSMİ
11 Noyabr 2026, 11:34
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
566
13.05.2026, 17:18
“2024 – 2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”ndan irəli gələrək bank sektorunda maliyyə dayanıqlılığının gücləndirilməsi və beynəlxalq tənzimləmə standartlarına uyğunluğun artırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “Banklarda stres-testlərin aparılması Qaydası” təsdiq edilib.
Oxu24.com bu barədə AMB-yə istinadən xəbər verir.
Qeyd edilib ki, bu qayda mütərəqqi beynəlxalq təcrübə, o cümlədən Bazel Komitəsinin və Avropa Bank Nəzarəti Orqanının prinsipləri nəzərə alınmaqla hazırlanıb.
Əlavə olaraq, bu Qaydaya uyğunlaşdırma istiqamətində “Banklarda korporativ idarəetmə Standartları”nda, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda, “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nda və “Banklarda bazar risklərinin idarə edilməsi Qaydası”nda dəyişikliklər də təsdiq edilib.
Yeni Qaydada banklarda stres-testləşmənin əsas prinsipləri və proqramların tərkibi, modelləşdirmə üsulları və stres-test modellərinin validasiyası üzrə tələblər, həssaslıq və ssenari təhlillərinin əhatəsi, əsas risk növləri (likvidlik, kredit, bazar və əməliyyat) üzrə stres-testlərə və risklərarası qarşılıqlı təsirlərə dair tələblər, habelə stres-test nəticələrinin Mərkəzi Banka hesabatlıq məsələləri öz əksini tapıb. Qaydada həmçinin bank daxilində və nəzarət prosesi çərçivəsində stres-test modelinin keyfiyyətinin və adekvatlığının qiymətləndirilməsinin təşkili üçün istifadə edilə bilən suallar da əhatə edilib.
Vurğulanıb ki, nəticə etibarilə, yeni Qayda stres-testlərin keçirilməsi və nəticələrin qiymətləndirilməsi üzrə vahid və sistematik tənzimləmə çərçivəsi yaratmaqla, bankların fərdi dayanıqlılığının və bütövlükdə sektorun riskə davamlılığının kompleks qiymətləndirilməsini təmin edəcəkdir.
21:14 / 11 Noyabr 2026
1
21:08 / 11 Noyabr 2026
73
21:05 / 11 Noyabr 2026
31
20:58 / 11 Noyabr 2026
64
20:49 / 11 Noyabr 2026
329
20:47 / 11 Noyabr 2026
59
20:28 / 11 Noyabr 2026
71
20:22 / 11 Noyabr 2026
97
20:19 / 11 Noyabr 2026
75
20:08 / 11 Noyabr 2026
82
19:57 / 11 Noyabr 2026
396
19:49 / 11 Noyabr 2026
109
19:43 / 11 Noyabr 2026
96
19:33 / 11 Noyabr 2026
115
19:19 / 11 Noyabr 2026
164
19:07 / 11 Noyabr 2026
108
18:42 / 11 Noyabr 2026
461
18:39 / 11 Noyabr 2026
233
18:35 / 11 Noyabr 2026
182
18:30 / 11 Noyabr 2026
218
18:29 / 11 Noyabr 2026
245
18:23 / 11 Noyabr 2026
147
18:17 / 11 Noyabr 2026
237
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.