İran region ölkələri ilə ticarət əlaqələrini asanlaşdırmaq istəyir
15 İyun 2026, 19:55
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
537
06.05.2026, 16:34
Azərbaycanda lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırma mərhələsindədir. Bu sektora da artıq tənzimləmə gətiriləcək, sadəcə normativ-hüquqi bazanın razılaşdırılması müəyyən vaxt tələb edir.
Oxu24.com xəbər verir ki, İqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı Ajans.az-a bildirib ki, lombardlarla bağlı qanunvericiliyin hazırlanması və belə bir aktın qəbul edilməsi bu sahədə mövcud özbaşınalıqlar və problemlərlə əlaqədardır. Əsas səbəb də məhz budur. Çünki kifayət qədər insan bu istiqamətdə problemlərlə üzləşir. Həm faiz dərəcələrinin yüksəkliyi, həm vətəndaşların daha çox zərər görməsi, bəzi hallarda isə qızıl-zinət əşyalarının yararsız hala salınması kimi məsələlər var ki, nəticədə insanlar ciddi zərərə düşür.
“Hesab edirəm ki, Mərkəzi Bankın rəhbərliyi də məsələyə daha çox bu kontekstdən yanaşır. Çünki bu prosesin tənzimlənməsi üçün hüquqi əsaslara ehtiyac var. Bu səbəbdən Mərkəzi Bank belə bir təşəbbüslə çıxış edib və düşünürəm ki, qarşıdakı dövrdə bu sahənin hüquqi şəkildə tənzimləndiyini və müəyyən qaydaya salındığını görəcəyik.”
Ekspert qeyd edib ki, faiz məsələsinə gəlincə, faizlərin bahalaşacağı gözlənilmir. Mövcud faizlərin kəskin şəkildə artacağı və ya azalacağı bəlli deyil. Bəzi sahələrdə müəyyən fərqlər ola bilər, amma ümumilikdə ciddi dəyişiklik olmayacaq. İnsanların lombardlardan uzaqlaşmasına gəlincə isə, əksinə, yeni qanunvericilik təcili pula ehtiyacı olanlar üçün lombardları daha əlverişli edə bilər.
Çünki hüquqi baza güclənərsə və vətəndaşların narazı qaldığı məqamlar aradan qaldırılarsa, insanların bu xidmətlərə müraciəti bir qədər də arta bilər.
12:47 / 18 İyun 2026
1
12:42 / 18 İyun 2026
20
12:31 / 18 İyun 2026
35
12:28 / 18 İyun 2026
33
12:24 / 18 İyun 2026
45
12:19 / 18 İyun 2026
217
12:14 / 18 İyun 2026
51
11:56 / 18 İyun 2026
45
11:56 / 18 İyun 2026
59
11:51 / 18 İyun 2026
56
11:39 / 18 İyun 2026
64
11:39 / 18 İyun 2026
76
11:33 / 18 İyun 2026
75
11:30 / 18 İyun 2026
136
11:25 / 18 İyun 2026
78
11:21 / 18 İyun 2026
64
11:16 / 18 İyun 2026
61
11:15 / 18 İyun 2026
71
10:55 / 18 İyun 2026
70
10:42 / 18 İyun 2026
76
10:38 / 18 İyun 2026
80
10:29 / 18 İyun 2026
91
10:28 / 18 İyun 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.