Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxundu
23 Dekabr 2025, 12:29
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
649
07.10.2025, 10:36
Ötən il Kapital Bank və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında bağlanan Memorandum çərçivəsində həyata keçirilən və qızların təhsilini stimullaşdıran “Arzumuz var!” layihəsi öz məqsədinə çatıb. Layihə çərçivəsində paytaxt Bakı, Qusar, Göyçay, Ağcabədi, İsmayıllı, Qax, Xocalı, Qəbələ və Lənkəranda yaşayan, aztəminatlı ailələrdən olan qızların universitetə hazırlıq xərcləri üçün təqaüd verilib. Bu il məktəbli təqaüdçülərdən 5 nəfəri ali məktəbə daxil olub. Onlardan Zeynəb Əliyeva ADPU-nun ibtidai sinif müəllimliyi, Xəyalə Mürsəlova BSU-nun tərcüməçilik, Əminə Abdullayeva AZMİU-nun dizayn, Aysel Cavadova BDU-nun ekologiya mühəndisliyi, Həmidə Əhmədzadə isə ADPU-nun texnologiya müəllimliyi ixtisasına qəbul olub.
Ötən gün layihənin iştirakçıları və tərəfdaş qurumların rəsmi nümayəndələrinin iştirakı ilə maraqlı bir tədbir baş tutub. Tədbiri çıxış sözü ilə açan Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova layihənin nəticələrindən qürur duyduğunu bildirib. “Ötən il müxtəlif regionlardan olan qızlarımıza təqaüd imkanı yaratdığımız bu layihəyə start verəndə inanırdıq ki, nəticələri hər birimiz üçün uğurlu olacaq. Biz çox sevincliyik ki, təqaüdçülərimiz nəticələri ilə bu inamımızı doğrultdu. 5 qızımız tələbə adına layiq görüldü. Təbii ki, bütün uğurlu nəticələr əziyyət və zaman tələb edir. Biz bu müddətdə abituriyentlərimizə çox güvəndik, komandamız, mentorlarımız öz təcrübələri ilə hər an onların yanında oldu. Onlarla söhbətimizdən bir daha əmin oldum ki, layihəmizi davam etdirməli və daha çox gəncin həyatına toxunmalıyıq. Mən bankımız adından onların hər birinə yeni həyat yolunda uğurlar arzu edirəm. Biz missiyamızı bununla bitmiş hesab etmirik, hər zaman onların yanındayıq və tələbəlik illərində, daha sonrakı karyera həyatlarında dəstəyimizi yaxından hiss edəcəklər”.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva çıxış edərək layihənin regionda yaşayan qızlarımız üçün önəmindən danışıb. “Dövlət və özəl sektorun tərəfdaşlığı xüsusilə qızların təhsilində bərabər imkanların yaradılmasına böyük töhfə verir. Biz artıq illərdir ki, regionda yaşayan qızlarımızın təhsil səviyyəsinin artırılması üçün müxtəlif layihələr həyata keçiririk. “Arzumuz var!” həm qızlarımız, həm onların ailələri, həm də komandalarımız üçün maraqlı bir layihə oldu. Düşünürəm ki, tələbə adını qazanan qızlarımızın uğuru layihənin digər iştirakçıları üçün də motivasiya olacaq və biz növbəti tədris ilində daha böyük uğurun qürurunu birlikdə yaşayacağıq”.
Layihə müddətində Kapital Bank-ın layihənin icra edildiyi bölgələrdəki filial əməkdaşları qızlara mentorluq edərək, onların ali məktəblərə hazırlığına dəstək olublar. Həmçinin bu müddətdə bank əməkdaşları tərəfindən onlara “Daxili gücün kəşfi”, “Kibertəhlükəsizlik”, “Yumşaq bacarıqlar” kimi bir çox mövzularda təlimlər keçirilib. Qeyd edək ki, layihə çərçivəsində abituriyentlərin ali məktəblərə hazırlıq xərclərinin qarşılanması nəzərdə tutulsa da bank tərəfindən 5 nəfər tələbənin universitetlər üzrə illik təhsil haqları da qarşılanıb. Bank tələbələrin texnoloji yeniliklərə əlçatanlığını artırmaq üçün onlara kompüterlər də hədiyyə edib.
Həmçinin oxuyun
Qeyd edək ki, təqaüd proqramına 7 yeni iştirakçı cəlb edilib.“Arzumuz var!” layihəsi həssas qrupdan olan abituriyent qızların təhsilinə investisiya qoyaraq, onların güclü, müstəqil və ölkənin gələcək inkişafında aparıcı rol oynayan fərdlərə çevrilməsinə imkan yaratmağa davam edir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.
00:04 / 26 Dekabr 2025
1
23:58 / 25 Dekabr 2025
23
23:54 / 25 Dekabr 2025
13
23:41 / 25 Dekabr 2025
18
23:34 / 25 Dekabr 2025
22
23:26 / 25 Dekabr 2025
38
23:14 / 25 Dekabr 2025
94
23:06 / 25 Dekabr 2025
25
23:01 / 25 Dekabr 2025
29
22:43 / 25 Dekabr 2025
781
22:33 / 25 Dekabr 2025
34
22:30 / 25 Dekabr 2025
295
22:21 / 25 Dekabr 2025
48
22:11 / 25 Dekabr 2025
42
22:08 / 25 Dekabr 2025
246
21:39 / 25 Dekabr 2025
48
21:23 / 25 Dekabr 2025
181
20:00 / 25 Dekabr 2025
447
19:53 / 25 Dekabr 2025
75
19:37 / 25 Dekabr 2025
835
19:31 / 25 Dekabr 2025
1608
19:24 / 25 Dekabr 2025
153
19:06 / 25 Dekabr 2025
1381
19:04 / 25 Dekabr 2025
123
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.