Qapıçı matç zamanı öldü - FOTO
23 İyul 2026, 23:19
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
564
13.05.2026, 14:58
Bu gün Azərbaycan Kubokunun qalibi bəlli olacaq.
Turnirin finalında saat 20:00-da “Sabah” və “Zirə” qarşı-qarşıya gələcək. “Zirə” ilk dəfə bu kuboku qazanmağa və liqa bitmədən avrokuboklara vəsiqəni təmin etməyə çalışacaq. “Sabah” isə ardıcıl 2-ci il ölkə kubokunu qazanmaq istəyir. Üstəlik, onlar qalib gələcəyi təqdirdə həm Premyer Liqanı və həm ölkə kubokunu qazanmış olacaqlar. Yəni hər iki komanda da qələbə üçün hər şeyi edəcək.
Lakin bu oyun başqa komandaları da yaxından maraqlandırır. Əvvəlcə qeyd edək ki, “Zirə” qalib gəlsə Avropa Liqasına vəsiqə qazanacaq, “Neftçi”nin avrokubok şansları bitəcək, “Qarabağ” Avropa Liqasında deyil, Konfrans Liqasında mübarizə aparacaq, “Turan Tovuz” isə Konfrans Liqasına 1-ci mərhələdən başlayacaq.
“Sabah”ın kuboku qazanacağı təqdirdə isə “Qarabağ” Konfrans Liqasına deyil, Avropa Liqasına vəsiqə qazanacaq, “Turan Tovuz” Konfrans Liqasının 1-ci yox, 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq, “Neftçi” isə liqada 4-cü olsa Konfrans Liqasına yollanacaq. Bu ehtimalda da “Zirə” avrokuboklardan kənarda qalacaq. Əlbəttə ki, bütün bunlar da oyuna olan marağı daha da artırır.
Futbol eksperti Mehman Süleymanov Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycan Kubokunun budəfəki finalı əvvəlki finallardan fərqlənəcək:
“Artıq biz də Avropada olduğu kimi çempionat başa çatmamış kubokun finalını keçirərək qalibi biləcəyik Bizdə adətən mayın sonunda ölkə kubokunun finalı keçirilirdi. Oyuna gəldikdə isə Premyer Liqanın çempionu “Sabah” avrokubok uğrunda mübarizə aparan “Zirə” ilə qarşılaşacaq. “Sabah” meydana bu titulun son qalibi kimi çıxacaq. Üstəlik, ardıcıl ikinci il ölkə kubokunda finala çıxmağı bacarıblar”.
Ekspert qeyd edib ki, matçın favoriti “Sabah”dır:
“Qüvvələr nisbətinə görə, “Sabah” bu finalın aşkar favoritidir. Lakin çempionat və kubok matçları fərqlənir. “Zirə”nin də bu əhəmiyyətli matça ciddi yanaşacağı və qalib gəlmək üçün bütün gücünü sərf edəcəyi şübhə doğurmur.
Üstəlik, “Zirə” qalib gəlsə, avrokuboklara vəsiqəni çempionat bitməmiş təmin edəcək. Tarixində ilk dəfə bu titula sahib olacaq və ölkəmizi Konfrans Liqasında yox, Avropa Liqasında təmsil etmək hüququ qazanacaq. Əlbəttə bu böyük bir prestijdir. İndiyə kimi 2 dəfə finala çıxsalar da, “Qarabağ”ı məğlub edə bilməyiblər”.
Mütəxəssis əlavə edib ki, komandalarda ciddi itkilər yoxdur:
“Yəqin ki, hər ikisi də “döyüşkən” heyətlə meydana çıxacaqlar. “Zirə” öz futboluna sadiq qalaraq rəqibi əks hücumlarda yaxalamağa çalışacaq. “Sabah”ın isə hücum futboluna üstünlük verəcəyi proqnozlaşdırılır. Hər halda, bizi çox maraqlı bir matç gözləyir”.
19:15 / 27 İyul 2026
1
19:13 / 27 İyul 2026
5
19:02 / 27 İyul 2026
14
18:48 / 27 İyul 2026
265
18:45 / 27 İyul 2026
64
18:33 / 27 İyul 2026
53
18:30 / 27 İyul 2026
397
18:22 / 27 İyul 2026
54
18:20 / 27 İyul 2026
2850
18:10 / 27 İyul 2026
59
17:59 / 27 İyul 2026
66
17:40 / 27 İyul 2026
76
17:23 / 27 İyul 2026
157
17:07 / 27 İyul 2026
81
17:00 / 27 İyul 2026
82
16:42 / 27 İyul 2026
74
16:21 / 27 İyul 2026
79
16:18 / 27 İyul 2026
202
16:16 / 27 İyul 2026
100
15:59 / 27 İyul 2026
106
15:45 / 27 İyul 2026
90
15:21 / 27 İyul 2026
99
15:20 / 27 İyul 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.