Attestasiyadan keçməmək işdən çıxarılmaq demək deyil – Vacib hüquqi məqamlar
06 Avqust 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
171
03.08.2026, 13:59
Son dövrlərdə müxtəlif sahələrdə saxta sənədlərin hazırlanması, istifadəsi və dövriyyəyə buraxılması halları ilə bağlı müzakirələr aktuallığını qoruyur. Bəs rəsmi sənədlərin saxtalaşdırılması qanunvericilikdə hansı məsuliyyəti yaradır? Belə əməllərə yol verən şəxsləri hansı hüquqi nəticələr gözləyir?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Əli Kərimli bildirib ki, rəsmi sənədlərin saxtalaşdırılması Azərbaycan qanunvericiliyində ağır hüquqi nəticələr doğuran cinayət əməlidir və bu cür hallara görə Cinayət Məcəlləsində konkret məsuliyyət nəzərdə tutulub.
Vəkilin sözlərinə görə, ilk növbədə “rəsmi sənəd” anlayışının hüquqi mahiyyəti düzgün başa düşülməlidir. Onun izahına görə, rəsmi sənəd dedikdə dövlət orqanı, bələdiyyə və ya digər səlahiyyətli qurum tərəfindən verilən, şəxsə müəyyən hüquqlar qazandıran və ya hüquqi nəticələr yaradan sənədlər nəzərdə tutulur.
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsində rəsmi sənədlərin saxtalaşdırılması, hazırlanması, satılması və istifadə edilməsi ilə bağlı cinayət məsuliyyəti birbaşa təsbit olunub. Bu maddəyə əsasən, saxta sənəd hazırlayan, onu satan, başqasına verən və ya bilərəkdən istifadə edən şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər”, – deyə vəkil bildirib.
Əli Kərimli qeyd edib ki, praktikada ən çox rast gəlinən hallardan biri daşınmaz əmlaka dair sənədlərin saxtalaşdırılmasıdır.
“Misal olaraq daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışı göstərmək olar. Həmin çıxarış səlahiyyətli dövlət orqanı tərəfindən hazırlanır, aidiyyəti vəzifəli şəxs tərəfindən imzalanır və hüquqi qüvvəyə malik rəsmi sənəd hesab olunur. Bu sənəd şəxsin mülkiyyət hüququnu təsdiq etdiyi üçün onun saxtalaşdırılması və ya saxta formada hazırlanaraq dövriyyəyə buraxılması qanunvericilik baxımından ciddi cinayət əməlidir”, – deyə hüquqşünas vurğulayıb.
Vəkilin sözlərinə görə, bəzi şəxslər belə sənədlərin hazırlanmasını yalnız texniki pozuntu kimi qiymətləndirirlər. Halbuki qanunvericilik bu məsələyə tamamilə fərqli yanaşır.
“Rəsmi sənədin saxtalaşdırılması təkcə həmin sənədin hazırlanması ilə bitmir. Onun satılması, başqa şəxsə təqdim edilməsi, istifadə olunması və ya istifadəyə verilməsi də ayrıca hüquqi məsuliyyət yaradır. Belə halların hər biri Cinayət Məcəlləsinin 320-ci maddəsinin tətbiqi üçün əsas hesab oluna bilər”, – deyə Əli Kərimli bildirib.
Mütəxəssis diqqətə çatdırıb ki, əgər saxta sənəd əldə etmək və ya istifadə etmək yolu ilə özgənin əmlakı və ya pul vəsaiti ələ keçirilirsə, artıq məsələ təkcə sənəd saxtakarlığı ilə məhdudlaşmır.
“Belə hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayətinin tərkibi də yarana bilər. Yəni şəxs saxta sənəddən istifadə etməklə kiminsə əmlakını, pulunu və ya digər hüquqlarını qanunsuz əldə edərsə, həm sənəd saxtakarlığına, həm də dələduzluğa görə cinayət məsuliyyəti daşıya bilər”, – deyə vəkil qeyd edib.
Əli Kərimli bildirib ki, hüquq-mühafizə orqanları belə cinayətlərin araşdırılması zamanı sənədin hazırlanma üsulunu, onun kim tərəfindən dövriyyəyə buraxıldığını, istifadə məqsədini və həmin sənəddən hansı nəticələrin yarandığını ayrıca araşdırırlar.
Onun sözlərinə görə, saxta sənədlərlə bağlı cinayət işlərində ekspertiza rəyləri, dövlət qurumlarının məlumatları, elektron qeydiyyat sistemləri və digər sübutlar mühüm rol oynayır. Məhkəmə bütün sübutları kompleks şəkildə qiymətləndirərək hüquqi qərar qəbul edir.
Vəkil vətəndaşlara xəbərdarlıq edib ki, bəzən insanlar sənədin saxta olduğunu bilmədən ondan istifadə etdiklərini iddia etsələr də, bu məsələ hər bir konkret iş üzrə ayrıca araşdırılır.
“Vətəndaşlar hər hansı sənədi qəbul edərkən və ya istifadə edərkən onun həqiqiliyinə əmin olmalıdırlar. Şübhəli mənbələrdən əldə olunan sənədlər sonradan ciddi hüquqi problemlərə səbəb ola bilər. Hər hansı rəsmi sənəd yalnız qanunla müəyyən olunmuş qaydada və səlahiyyətli dövlət orqanları tərəfindən verildikdə hüquqi qüvvəyə malik hesab olunur”, – deyə Əli Kərimli vurğulayıb.
Sonda hüquqşünas qeyd edib ki, rəsmi sənədlərin saxtalaşdırılması cəmiyyətin hüquqi təhlükəsizliyinə zərbə vuran cinayət əməllərindən biridir. Buna görə də vətəndaşlar belə hallardan uzaq durmalı, hər hansı şübhəli vəziyyətlə rastlaşdıqda aidiyyəti dövlət orqanlarına müraciət etməlidirlər. Onun sözlərinə görə, qanunvericilik bu sahədə kifayət qədər sərt məsuliyyət tədbirləri müəyyən edib və hər bir şəxs hüquqi nəticələri nəzərə almalıdır.
20:44 / 06 Avqust 2026
38
20:34 / 06 Avqust 2026
38
19:59 / 06 Avqust 2026
44
19:37 / 06 Avqust 2026
53
19:30 / 06 Avqust 2026
68
19:09 / 06 Avqust 2026
57
19:05 / 06 Avqust 2026
56
18:47 / 06 Avqust 2026
494
18:45 / 06 Avqust 2026
85
18:41 / 06 Avqust 2026
70
18:40 / 06 Avqust 2026
220
18:34 / 06 Avqust 2026
75
18:09 / 06 Avqust 2026
63
17:55 / 06 Avqust 2026
75
17:35 / 06 Avqust 2026
66
17:15 / 06 Avqust 2026
93
16:55 / 06 Avqust 2026
82
16:40 / 06 Avqust 2026
91
16:15 / 06 Avqust 2026
117
16:15 / 06 Avqust 2026
92
15:55 / 06 Avqust 2026
84
15:53 / 06 Avqust 2026
112
15:45 / 06 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.