Mobil tətbiqlər şəxsi məlumatlarımızı necə toplayır? – Hüquqşünasdan VACİB AÇIQLAMA
24 İyul 2026, 15:15
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
182
22.07.2026, 13:00
Artıq bir neçə ildir ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsində böyük əhəmiyyətə malik və genişmiqyaslı işlər görülür. Bu işlərin vacibliyi və miqyası nəzərə alınaraq, əmək qanunvericiliyində də köklü dəyişikliklər edilib ki, onlardan biri də bu bölgədə işləyən mütəxəssislərə tanınan xüsusi güzəşt və imtiyazlardır.
Ölkə.az-ın xəbərinə görə, iqtisadçı-ekspert Emin Səttarov bildirib ki, qanunvericilik ilk növbədə bu ərazilərdə çalışan mütəxəssis anlayışını dəqiq müəyyən edir.
O vurğulayıb ki, mütəxəssis dedikdə peşə, orta ixtisas və ya ali təhsil haqqında dövlət sənədi olan, son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və işğaldan azad edilmiş ərazilərdə əmək müqaviləsi əsasında çalışan şəxs nəzərdə tutulur.
“Bu güzəştlərin tətbiq olunması üçün üç əsas şərtin eyni zamanda mövcud olması vacibdir. Birincisi, işəgötürən həmin ərazilərdə vergi uçotunda olmalıdır. İkincisi, mütəxəssisin iş yeri həmin ərazilərdə yerləşməlidir. Üçüncüsü isə mütəxəssis həmin ərazilərdə məskunlaşmalı, yəni yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alınmalıdır. Bu şərtlərdən hər hansı biri pozulduqda güzəştlərin tətbiqi dayandırılır.
İndi isə ən maraqlı hissəyə, bu mütəxəssislərə hansı imtiyazların verildiyinə baxaq. Bunlardan ən başlıcası əlavə məzuniyyət hüququdur. Əmək Məcəlləsinin 118-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə bu Məcəllənin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Göründüyü kimi, qanuna əsasən, işğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssislərə əsas və əlavə məzuniyyətlərinin müddətindən asılı olmayaraq əlavə olaraq 5 təqvim günü məzuniyyət verilir. Yəni istirahət hüququ baxımından bu mütəxəssislər əlavə üstünlüyə malikdirlər”.
Ekspert deyib ki, ikinci mühüm güzəşt əməkhaqqı ilə bağlıdır:
“Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” qərarının 9-1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin tarif (vəzifə) maaşlarına tətbiq edilən artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində müəyyən edilib.
Sadə dillə desək, onların əməkhaqqı adi qaydada müəyyən olunan məbləğdən daha yüksək ödənilir.
Həmin qərarın 9-2-ci bəndində isə göstərilib ki, bu qərarın 9-1-ci hissəsində nəzərdə tutulan artım əmsalları özəl sektorda fəaliyyət göstərən işəgötürənlər tərəfindən könüllü şəkildə kollektiv müqavilədə, kollektiv müqavilənin bağlanmadığı hallarda isə əmək müqaviləsində nəzərdə tutulmaqla tətbiq edilir.
Başqa sözlə, dövlət sektoru üçün bu artım məcburidir, özəl sektorda çalışan işəgötürənlər isə bu əmsalı könüllü şəkildə, yəni kollektiv müqavilədə, kollektiv müqavilə bağlanmadıqda isə əmək müqaviləsində nəzərdə tutmaqla tətbiq edə bilərlər.
Ayrıca vurğulamaq istəyirəm ki, qanunvericilik bu mütəxəssislərə verilən güzəşt, imtiyaz və əlavə təminatları ayrı-seçkilik saymır. Yəni bu cür əlavə dəstəyin göstərilməsi tam qanunidir və heç kimin hüquqlarının pozulması demək deyil.
İndi isə təcrübədə tez-tez rast gəlinən bir məqama toxunmaq istəyirəm. Bu mövzuda HR və mühasiblər çox vaxt yanlışlığa yol verirlər.
Yanlış yanaşma. Mühasib görür ki, işçinin iş yeri Füzulidə yerləşir, işəgötürən də orada vergi uçotundadır. Bunu kifayət sayaraq işçinin maaşına dərhal 1,2 əmsalını tətbiq edir və ona 5 gün əlavə məzuniyyət hesablayır. Halbuki həmin işçi Bakıda yaşayır və işğaldan azad edilmiş ərazidə qeydiyyatda deyil.
Düzgün yanaşma. Yuxarıda qeyd etdiyimiz üç şərt eyni zamanda mövcud olmalıdır. Yəni təkcə iş yeri və işəgötürənin vergi uçotu deyil, həm də işçinin həmin ərazidə məskunlaşması (yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatı) tələb olunur. Bu şərtlərdən biri çatışmadıqda nə əmsal, nə də əlavə məzuniyyət tətbiq oluna bilər. Əks halda həm hesablamalar yanlış olur, həm də sonradan yoxlamalar zamanı ciddi problemlər yarana bilər.
Yekun olaraq onu deyə bilərəm ki, bu gün Qarabağa və Şərqi Zəngəzura gedib işləmək təkcə vətənpərvərlik borcu deyil, həm də dövlət tərəfindən konkret şəkildə dəstəklənən bir seçimdir. Sadəcə, bu güzəştlərin düzgün tətbiq olunması üçün qanunun bütün şərtlərinə diqqət etmək lazımdır”.
11:35 / 26 İyul 2026
1
11:30 / 26 İyul 2026
11
11:21 / 26 İyul 2026
72
11:13 / 26 İyul 2026
47
11:10 / 26 İyul 2026
51
11:05 / 26 İyul 2026
332
10:55 / 26 İyul 2026
55
10:47 / 26 İyul 2026
320
10:40 / 26 İyul 2026
52
09:50 / 26 İyul 2026
71
09:44 / 26 İyul 2026
606
09:43 / 26 İyul 2026
69
00:24 / 26 İyul 2026
147
23:29 / 25 İyul 2026
93
22:59 / 25 İyul 2026
149
22:45 / 25 İyul 2026
717
22:39 / 25 İyul 2026
153
22:26 / 25 İyul 2026
171
21:54 / 25 İyul 2026
152
21:27 / 25 İyul 2026
91
21:15 / 25 İyul 2026
150
21:02 / 25 İyul 2026
100
20:49 / 25 İyul 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.