Bağ sahəsi zəbt olunubsa, hara müraciət etməli? VƏKİL AÇIQLADI
07 İyul 2026, 13:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
552
28.04.2026, 15:16
Ali Məhkəmə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri üzrə hüquqi mövqe açıqlayıb.
Bu barədə Oxu24.com-a Ali Məhkəmədən məlumat verilib.
Məlumata görə, Ali Məhkəmədə yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə qərar qəbul edilib. Bildirilib ki, iş materiallarına əsasən, təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunub. Həmçinin onun hadisə yerini tərk etdiyi göstərilib. Eyni zamanda həmin şəxsin psixi pozuntudan əziyyət çəkməsi və əməlini dərk etmək və idarə etmək qabiliyyətində olmaması barədə məlumatlar iş materiallarında əksini tapıb. Apellyasiya instansiyası məhkəməsi sübutların kifayət etmədiyi qənaətinə gələrək təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilmədiyini əsası ilə şəxsin barəsində bəraət hökmü çıxarıb.
Məhkəmə işə baxarkən şahidlərin, təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin ifadələrini və digər sübutları müqayisəli şəkildə qiymətləndirib. Məhkəmə qərarında qeyd edilib ki, bəzi şahidlər hadisə zamanı avtomobilin kim tərəfindən idarə edilməsi, nəqliyyat vasitəsinin həyətdən çıxarılması və hadisədən sonrakı hərəkətlər barədə bir-birini tamamlayan, lakin eyni zamanda ziddiyyətli məzmunlu məlumatlar vermişlər. Xüsusilə telefon zəngləri və mobil operator məlumatlarında bəzi ifadələrin tam təsdiqlənmədiyi göstərilib, həmçinin təqsirləndirilən şəxsin psixi vəziyyəti ilə bağlı ekspert rəyi qiymətləndirilib. Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sübutların məcmusuna əsaslanaraq cinayəti törətmiş şəxsin düzgün müəyyən edilmədiyi barədə qənaətinə gəlib.
Ali Məhkəmə isə iş materiallarını araşdıraraq ilk növbədə sübutetmə qaydaları və cinayət-prosessual qanunvericiliyin prinsiplərinə münasibət bildirməklə qeyd edib ki, təqdim olunan sübutlar məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hadisəni törətməsi ilə bağlı yaranmış şübhələri aradan qaldırmaq üçün kifayət etməyib. Kassasiya kollegiyası vurğulayıb ki, hər bir sübut ayrıca və bütün sübutlar məcmu halında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirilməli, ittihamın sübuta yetirilməsi üçün kifayət edən səviyyədə olmalıdır.
Ali Məhkəmə xüsusi olaraq təqsirsizlik prezumpsiyası prinsipinə geniş yer ayıraraq qeyd edib ki, cinayət-prosessual qanunvericiliyə əsasən şəxsin təqsirli bilinməsi yalnız onun təqsiri qanunla müəyyən edilmiş qaydada tam və şübhəsiz sübuta yetirildiyi halda mümkündür. İttihamın sübuta yetirilməsi zamanı aradan qaldırılması mümkün olmayan şübhələr mövcud olduqda isə həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, konkret iş üzrə toplanmış sübutlar bu standartlara cavab vermədiyindən apellyasiya instansiyasının şəxsin təqsirliliyinin sübuta yetirilməməsi barədə qənaəti mahiyyət etibarilə qanuni hesab oluna bilər.
Bununla yanaşı, Ali Məhkəmə qeyd edib ki, iş ibtidai istintaq orqanı tərəfindən birinci instansiya məhkəməsinə ittiham aktı deyil, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün qərar göndərilib. Bu kateqoriyadan olan işlər üzrə məhkəmələr yalnız qanunla müəyyən edilmiş xüsusi prosedur çərçivəsində qərar qəbul etməlidirlər. Belə hallarda apellyasiya instansiyası məhkəməsi cinayət qanunu ilə qadağan olunmuş əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin sübuta yetirilmədiyi qənaətinə gəldikdə bəraət hökmü çıxarmaq əvəzinə, cinayət işinə xitam verilməsi barədə qərar qəbul etməlidir. Bu yanaşma həm cinayət-prosessual qanunvericiliyin tələblərindən, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” qərarında verilmiş izahlardan irəli gəlir. Ali Məhkəmə tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökmü ləğv olunub və cinayət işi yenidən apellyasiya baxışına təyin edilib.
14:31 / 07 İyul 2026
1
14:00 / 07 İyul 2026
50
13:55 / 07 İyul 2026
52
13:52 / 07 İyul 2026
63
13:45 / 07 İyul 2026
55
13:40 / 07 İyul 2026
65
13:36 / 07 İyul 2026
68
13:29 / 07 İyul 2026
66
13:23 / 07 İyul 2026
61
13:15 / 07 İyul 2026
69
13:10 / 07 İyul 2026
835
12:54 / 07 İyul 2026
275
12:53 / 07 İyul 2026
77
12:42 / 07 İyul 2026
78
12:31 / 07 İyul 2026
424
12:25 / 07 İyul 2026
81
12:18 / 07 İyul 2026
148
12:00 / 07 İyul 2026
1624
11:58 / 07 İyul 2026
86
11:52 / 07 İyul 2026
230
11:51 / 07 İyul 2026
69
11:33 / 07 İyul 2026
93
11:22 / 07 İyul 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.