“Qapalı məkanlarda kamera çəkilişi müəyyən şərtlərlə qanunidir”
13 May 2026, 17:20
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
392
22.04.2026, 12:18
Ali Məhkəmə xüsusi statusla təkrar mənzil tələbi ilə bağlı qərar verib.
Bu barədə Oxu24.com-a Ali Məhkəmədən məlumat verilib.
Məlumata görə, Ali Məhkəməsinin İnzibati kollegiyası qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşların yalnız bir dəfə mənzillə təmin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Bildirilib ki, işin hallarına görə, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir. O, ailə üzvləri ilə birlikdə 2012-ci ildə yerli icra hakimiyyəti tərəfindən ayrılmış mənzildə yaşayır. Həmin mənzil iddiaçının həyat yoldaşına verilmiş, sahə hesablanarkən iddiaçı da daxil olmaqla ailənin bütün üzvləri nəzərə alınıb. Lakin sonradan iddiaçı mənzilin sahəsinin kifayət etmədiyini əsas gətirərək yenidən mənzillə təmin olunmasını tələb etmiş, hətta mənzil növbəsinə də qəbul edilib. Aidiyyəti icra hakimiyyəti orqanı isə əvvəl bir dəfə mənzil verildiyini əsas gətirərək bu tələbi rədd edib.
Birinci instansiya məhkəməsi iddianı təmin edərək iddiaçının yenidən mənzillə təmin olunmasını məqsədəuyğun hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi də qərarı qüvvədə saxlayıb. Bundan sonra cavabdeh orqan Ali Məhkəməyə müraciət edib.
Ali Məhkəmə belə nəticəyə gəlib ki, qanunvericiliklə müəyyən edilən xüsusi kateqoriyadan olan şəxslərin mənzillə təminatı dövlətin mühüm sosial öhdəliklərindən biri olsa da, bu hüquq mütləq xarakter daşımır və müəyyən hüquqi çərçivələrlə məhdudlaşdırılır. Sosial hüquqların həyata keçirilməsi dövlətin maliyyə imkanları, resursların məhdudluğu və cəmiyyətdə sosial ədalətin təmin olunması zərurəti ilə sıx bağlıdır. Bu baxımdan dövlət yalnız fərdi maraqları deyil, bütövlükdə cəmiyyətin rifahını və ehtiyacı olan şəxslər arasında balansı nəzərə almalıdır.
Məhkəmə kollegiyası vurğulayıb ki, müharibə əlilləri və digər xüsusi statuslu şəxslər dövlətin xüsusi sosial müdafiəsində olan həssas qrupdur və onların mənzillə təmin olunması sosial ədalətin bərpasına xidmət edir. Lakin bu təminatın məqsədi həmin şəxslərə əlavə üstünlük qazandırmaq deyil, onların əsas yaşayış ehtiyacını aradan qaldırmaq və onları normal sosial həyat şəraitinə qaytarmaqdır. Bu səbəbdən dövlət tərəfindən bir dəfə mənzil verilməsi həmin sosial ehtiyacın təmin edilməsi kimi qiymətləndirilməlidir.
Ali Məhkəmə izah edib ki, xüsusi statusdan irəli gələn əsasla sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fonduna çıxış hüququ yalnız bir dəfə həyata keçirilə bilər. Əgər şəxs və ya onun ailə üzvü bu əsasla artıq mənzillə təmin olunubsa və həmin təminat zamanı bütün ailə üzvləri, o cümlədən iddiaçı nəzərə alınıbsa, bu halda həmin şəxs də faktiki olaraq bir dəfə mənzillə təmin edilmiş sayılır. Belə olan halda eyni əsasla yenidən mənzil tələb edilməsi qanunvericiliyin məqsədinə uyğun hesab edilə bilməz.
Qeyd edilib ki, təkrar mənzil təminatı yalnız fərdi iddia ilə məhdudlaşmır, eyni zamanda digər şəxslərin hüquqlarına təsir göstərir. Çünki dövlətin sosial resursları məhduddur və bir şəxsin eyni əsasla ikinci dəfə mənzil əldə etməsi hələ də mənzilə ehtiyacı olan digər şəxslərin bu hüquqdan yararlanma imkanlarını azalda bilər. Bu isə sosial ədalət və bərabərlik prinsiplərinə zidd olardı.
Nəticə etibarilə cavabdehin kassasiya şikayətin təmin edilib.
00:25 / 14 May 2026
188
23:53 / 13 May 2026
304
23:36 / 13 May 2026
190
23:05 / 13 May 2026
660
23:05 / 13 May 2026
213
23:03 / 13 May 2026
94
23:00 / 13 May 2026
176
22:57 / 13 May 2026
84
22:55 / 13 May 2026
97
22:53 / 13 May 2026
77
22:38 / 13 May 2026
338
22:05 / 13 May 2026
222
21:30 / 13 May 2026
119
21:29 / 13 May 2026
145
21:22 / 13 May 2026
98
21:16 / 13 May 2026
157
21:15 / 13 May 2026
122
21:10 / 13 May 2026
93
21:09 / 13 May 2026
136
21:04 / 13 May 2026
182
20:58 / 13 May 2026
1117
20:42 / 13 May 2026
217
20:32 / 13 May 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.