Bağ sahəsi zəbt olunubsa, hara müraciət etməli? VƏKİL AÇIQLADI
07 İyul 2026, 13:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
2819
20.04.2026, 20:53
Qadağan olunmuş yerlərdə siqaret çəkənlərə cərimə: məbləğlər və qaydalar açıqlanıb
Tütün məhsullarının istifadəsi ilə bağlı inzibati məsuliyyət tədbirləri və cərimələr bir daha vətəndaşların diqqətinə çatdırılıb.
Oxu24.com xəbər verir ki,Qanunvericiliyə əsasən, siqaret çəkməyin qadağan olunduğu ərazilərdə bu qaydanı pozan şəxslər 30 manat məbləğində cərimə edilir.
Eyni zamanda, tütün məmulatlarının tullantılarını ətraf mühitə atan şəxslər üçün daha sərt cərimə nəzərdə tutulur. Belə hallarda 300 manat məbləğində cərimə tətbiq olunur. Bu əməl bir il ərzində təkrar törədilərsə, cərimə 700 manata qədər artırıla və ya şəxsin vəziyyəti nəzərə alınaraq 60 saatdan 100 saata qədər ictimai işlər cəzası tətbiq edilə bilər.
Məlumata görə, polis əməkdaşları qayda pozuntusu aşkar etdikdə yerindəcə inzibati protokol tərtib etmək və qərar qəbul etmək səlahiyyətinə malikdir.
Protokol həm elektron, həm də yazılı formada rəsmiləşdirilə bilər. Zərurət yarandıqda, şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün vətəndaş polis bölməsinə aparıla bilər.
Qərar qanuni qüvvəyə mindikdən sonra cərimənin ödənilməsi üçün 30 gün müddət verilir. Son dəyişikliklərə əsasən, cərimə 10 gün ərzində ödənilərsə, 10 faiz güzəşt tətbiq oluna bilər.
Əgər cərimə müəyyən edilmiş müddətdə ödənilməzsə, hər gecikdirilmiş gün üçün məbləğin 1 faizi həcmində əlavə hesablanır. Üç ay ərzində ödəniş həyata keçirilmədikdə isə icra tədbirləri məcburi qaydada tətbiq olunur və bu prosesə icra qurumları nəzarət edir.
Hazırladı: Jalə
15:05 / 07 İyul 2026
1
14:48 / 07 İyul 2026
32
14:46 / 07 İyul 2026
35
14:31 / 07 İyul 2026
53
14:00 / 07 İyul 2026
66
13:55 / 07 İyul 2026
65
13:52 / 07 İyul 2026
79
13:45 / 07 İyul 2026
75
13:40 / 07 İyul 2026
79
13:36 / 07 İyul 2026
82
13:29 / 07 İyul 2026
81
13:23 / 07 İyul 2026
73
13:15 / 07 İyul 2026
82
13:10 / 07 İyul 2026
1138
12:54 / 07 İyul 2026
372
12:53 / 07 İyul 2026
83
12:42 / 07 İyul 2026
89
12:31 / 07 İyul 2026
510
12:25 / 07 İyul 2026
87
12:18 / 07 İyul 2026
169
12:00 / 07 İyul 2026
2206
11:58 / 07 İyul 2026
93
11:52 / 07 İyul 2026
245
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.