Borcun qaytarılmasında QAYDALAR: 3 ay gözlə, ya da dərhal ÖDƏ!
27 Mart 2026, 13:26
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
106
27.03.2026, 15:21
Gündəlik həyatımızda və kommersiya fəaliyyətində ən çox müraciət edilən hüquqi alətlərdən biri olan etibarnamələr, eyni zamanda ən böyük risk mənbəyinə çevrilə bilər. Bir şəxsə etibar edib verdiyiniz səlahiyyətlərin gözlənilmədən üçüncü bir tərəfə ötürülməsi hansı hüquqi fəsadları doğurur?
Mülki Məcəllənin "etibar institutu" bu məsələdə vətəndaşları necə qoruyur, yoxsa əksinə, məsuliyyəti daha da ağırlaşdırır?
Mövzu ilə bağlı hüquqşünas Ellada Bayramova Oxu24.com-a açıqlamasında bildirib ki, mülki dövriyyədə etibar institutunun əsas alətlərindən biri olan vəkalət münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ətraflı tənzimlənir:
“Bu münasibətlərin mahiyyəti ondan ibarətdir ki, vəkalət verən (etibar edən şəxs) müəyyən hüquqi və ya faktiki hərəkətlərin onun adından və maraqları naminə həyata keçirilməsini vəkalət alana həvalə edir. Hüquqi doktrina və normativ yanaşma bu münasibətdə əsas prinsip kimi şəxsi icra öhdəliyini (intuitu personae) qəbul edir. Yəni vəkalət alanın seçilməsi onun fərdi keyfiyyətlərinə – peşəkarlığına, etibarlılığına, təcrübəsinə görə baş verir və bu səbəbdən o, tapşırığı prinsip etibarilə şəxsən icra etməlidir.
Bununla belə, müasir hüquqi dövriyyənin mürəkkəbliyi bu prinsipin mütləq xarakter daşımadığını göstərir. Qanunvericilik istisna hallarda tapşırığın üçüncü şəxslərə həvalə edilməsinə yol verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin nümayəndəlik və vəkalət münasibətlərini tənzimləyən müddəalarına əsasən, belə həvalə etmə yalnız iki əsas hüquqi əsasla legitim hesab olunur: birincisi, vəkalətnamədə və ya müqavilədə bu səlahiyyətin birbaşa nəzərdə tutulması; ikincisi isə konkret şəraitin zərurəti – yəni vəkalət alanın obyektiv səbəblərdən tapşırığı şəxsən icra edə bilməməsi və vəkalət verənin maraqlarının qorunması üçün bu addımın qaçılmaz olması. Bu ikinci hal hüquq nəzəriyyəsində “zərurət əsasında substitusiya” kimi qiymətləndirilir və dar şərh olunur. Praktikada məhkəmələr bu əsasın mövcudluğunu ciddi sübut standartı ilə qiymətləndirir, çünki əks halda etibar münasibətinin mahiyyəti pozula bilər.
Təcrübədə diqqət çəkən məqam ondan ibarətdir ki, kommersiya dövriyyəsində, xüsusilə hüquqi xidmətlər, logistika, tikinti və maliyyə əməliyyatları sahəsində vəkalət alanın müəyyən funksiyaları üçüncü şəxslərə ötürməsi geniş yayılmışdır. Lakin bu, yalnız formal hüquqi icazə ilə məhdudlaşmır; burada əsas məsələ vəkalət alanın davranış standartıdır. O, üçüncü şəxsi seçərkən lazımi diqqət və ehtiyatlılıq (due diligence) göstərməli, həmin şəxsin peşəkar və etibarlı olmasına əmin olmalıdır. Əks halda, bu seçimdə yol verilmiş səhlənkarlıq birbaşa məsuliyyətə səbəb olur.
Vəkalət alanın üçüncü şəxsə həvalə etməsi onun məsuliyyətini avtomatik olaraq aradan qaldırmır. Əksinə, hüquqi konstruksiya belə qurulmuşdur ki, vəkalət alan ya üçüncü şəxsin hərəkətlərinə görə birbaşa məsuliyyət daşıyır, ya da ən azı həmin şəxsin seçilməsində və nəzarətdə yol verdiyi qüsurlara görə cavabdeh olur. Əgər vəkalətnamədə substitusiya açıq şəkildə icazə verilmişdirsə və vəkalət alan lazımi diqqət standartlarına əməl edibsə, o zaman onun məsuliyyəti daha çox seçim mərhələsi ilə məhdudlaşa bilər. Lakin belə icazə yoxdursa və ya zərurət sübuta yetirilməyibsə, üçüncü şəxsin bütün hərəkətləri hüquqi baxımdan vəkalət alanın öz hərəkətləri kimi qiymətləndirilir. Bu halda, vurulmuş zərərə görə tam həcmdə kompensasiya öhdəliyi yaranır.
Burada mühüm hüquqi nüanslardan biri də odur ki, üçüncü şəxslə münasibət daxili xarakter daşıyır və vəkalət verən üçün hüquqi nəticələr birbaşa vəkalət alan vasitəsilə formalaşır. Yəni üçüncü şəxsin səhvi nəticəsində yaranmış zərərin kompensasiyası ilkin olaraq vəkalət alandan tələb olunur, daha sonra isə o, regres qaydasında həmin zərəri faktiki icraçıdan tələb edə bilər. Bu mexanizm vəkalət verənin maraqlarının daha effektiv qorunmasına xidmət edir”.
Müsahibin sözlərinə görə, vətəndaşların vəkalətnamə verərkən üzləşə biləcəkləri risklər əsasən üç istiqamətdə cəmləşir:
səlahiyyətlərin həddindən artıq geniş verilməsi, nəzarət mexanizmlərinin olmaması və üçüncü şəxslərə ötürülmə ehtimalının düzgün qiymətləndirilməməsi.
Həmçinin oxuyun
“Hüquqi baxımdan ən təhlükəli hallardan biri “ümumi və qeyri-məhdud vəkalətnamə”nin verilməsidir. Belə sənədlər vəkalət alana faktiki olaraq sərhədsiz hüquqlar tanıyır və sui-istifadə riskini kəskin artırır. Xüsusilə daşınmaz əmlak, bank hesabları və ya kommersiya aktivləri ilə bağlı əməliyyatlarda bu risklər daha ciddi nəticələr doğura bilər.
Praktiki və hüquqi qorunma mexanizmləri bu risklərin minimallaşdırılmasına yönəlməlidir. Hüquqi texnika baxımından vəkalətnamədə səlahiyyətlərin konkret və məhdud şəkildə müəyyən edilməsi, müddətin qısa saxlanılması, yalnız müəyyən əməliyyatlar üzrə etibarnamənin verilməsi daha təhlükəsiz model hesab olunur. Bundan əlavə, vəkalətnamədə üçüncü şəxslərə həvalə etmənin qadağan edilməsi və ya ciddi şərtlərlə məhdudlaşdırılması mühüm preventiv tədbirdir. Müasir praktikada bəzi hallarda notarial təsdiqli vəkalətnamələrdə belə xüsusi şərtlərin əlavə edilməsi geniş yayılmaqdadır.
Nəhayət, qeyd edilməlidir ki, vəkalət münasibətləri yalnız formal hüquqi mexanizm deyil, həm də yüksək etibar tələb edən instituttur. Qanunvericilik bu etibarı qorumaq üçün vəkalət alanın üzərinə artırılmış məsuliyyət yükü qoyur və üçüncü şəxslərə həvalə etmə imkanını ciddi hüquqi çərçivələrlə məhdudlaşdırır. Bu çərçivələrin düzgün tətbiqi həm hüquqi sabitliyin, həm də tərəflər arasında balansın təmin olunmasının əsas şərtidir”.
Çimnaz Telmanqızı
17:36 / 27 Mart 2026
1
17:34 / 27 Mart 2026
12
16:10 / 27 Mart 2026
73
15:44 / 27 Mart 2026
103
15:36 / 27 Mart 2026
76
15:29 / 27 Mart 2026
443
15:04 / 27 Mart 2026
753
14:52 / 27 Mart 2026
86
14:48 / 27 Mart 2026
892
14:14 / 27 Mart 2026
1574
14:13 / 27 Mart 2026
120
14:08 / 27 Mart 2026
229
13:59 / 27 Mart 2026
144
13:54 / 27 Mart 2026
277
13:51 / 27 Mart 2026
98
13:46 / 27 Mart 2026
417
13:42 / 27 Mart 2026
100
13:32 / 27 Mart 2026
80
13:26 / 27 Mart 2026
94
13:19 / 27 Mart 2026
75
13:14 / 27 Mart 2026
118
13:10 / 27 Mart 2026
123
13:09 / 27 Mart 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.