Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
4197
06.05.2026, 16:19
Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək.
Azərbaycan müdafiə sənayesi sahəsində növbəti strateji addımını ataraq pilotsuz uçuş aparatlarının (PUA) yerli istehsalını genişləndirir. Müasir döyüş meydanlarında həlledici rol oynayan texnologiyaların mənimsənilməsi istiqamətində qardaş Türkiyə ilə hərbi-texniki əməkdaşlıq yeni müstəviyə keçir. Bu çərçivədə yeni nəsil dronların Azərbaycanda birgə istehsalı ordumuzun texnoloji üstünlüyünü daha da möhkəmləndirəcək.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli ölkəmizin bu sahədəki potensialını və gələcək planlarını şərh edib.
Hərbi ekspert bildirib ki, Azərbaycan PUA sahəsində təcrübəsiz bir ölkə deyil və bu istiqamətdə illərdir sistemli iş aparılır:
“Azərbaycan pilotsuz uçuş aparatlarının yaradılması məsələsində diletant, yəni təcrübəsiz və yaxud da yeni başlayan bir ölkə deyil. Ölkəmiz artıq 2007-2008-ci illərdən başlayaraq bu istiqamətdə çox ciddi layihələr həyata keçirib".
Ramil Məmmədli vurğulayıb ki, hazırda ölkədə həm dövlət, həm də özəl sektor bu sahədə fəal çalışır. O, xüsusilə Türkiyə ilə birgə həyata keçirilən yeni layihənin əhəmiyyətinə diqqət çəkib:
“Türkiyəli mühəndislər tərəfindən yeni yaradılan “SİVRİSİNEK” pilotsuz uçuş aparatının Azərbaycana inteqrasiya edilməsi və burada birgə istehsalın həyata keçirilməsi çox uğurlu bir addımdır. Bu gün dronlar artıq strateji silahlar sinfinə daxil olmağa başlayıb".
Sonda şərhçi qeyd edib ki, Azərbaycan dünyanın ən modern hərbi texnologiyalarını mənimsəməyə tam açıqdır və bu proses ordunun döyüş hazırlığının artırılmasına birbaşa müsbət töhfə verir.
Çimnaz Telmanqızı
00:43 / 12 Noyabr 2026
1
00:35 / 12 Noyabr 2026
29
00:33 / 12 Noyabr 2026
31
00:27 / 12 Noyabr 2026
49
00:24 / 12 Noyabr 2026
56
00:19 / 12 Noyabr 2026
75
00:17 / 12 Noyabr 2026
81
00:11 / 12 Noyabr 2026
89
23:54 / 11 Noyabr 2026
78
23:52 / 11 Noyabr 2026
86
23:50 / 11 Noyabr 2026
111
23:45 / 11 Noyabr 2026
673
23:28 / 11 Noyabr 2026
81
23:24 / 11 Noyabr 2026
90
23:18 / 11 Noyabr 2026
101
23:09 / 11 Noyabr 2026
104
23:03 / 11 Noyabr 2026
94
23:01 / 11 Noyabr 2026
116
22:55 / 11 Noyabr 2026
90
22:38 / 11 Noyabr 2026
161
22:31 / 11 Noyabr 2026
109
22:26 / 11 Noyabr 2026
6054
22:22 / 11 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.