Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
2375
26.03.2026, 16:47
Martın əvvəlindən etibarən Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi qulluqçuların toplanışı həyata keçirilir. Hazırda proses davam edir. Bəziləri hesab edir ki, hərbi toplanışın ABŞ, İsrail-İran müharibəsi ilə əlaqəsi var.
Oxu24.com xəbər verir ki, Azərbaycan Hərbi Polisinin sabiq rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, ehtiyatda olan hərbi qulluqçuların təlim toplanışlarının keçirilməsinin regional gərginliklərlə əlaqələndirilməsi yanlışdır:
“Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatlarda da vurğulanıb ki, təlimlər illik hazırlıq planına uyğun təşkil olunub.
Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olanların vaxtaşırı toplanışa çağırılması qanunvericiliklə nəzərdə tutulmuş praktikadır. İran müharibəsi olmasaydı da bu hərbi toplanışlar əvvəldən tərtib edilən plana uyğun olaraq keçiriləcəkdi. Bu təlimlər döyüş hazırlığının yenilənməsi, ehtiyat qüvvələrin koordinasiyası, yeni taktika və texnologiyalarla tanışlıq məqsədi daşıyır. Bu cür toplanışlar əvvəlcədən planlaşdırılır və adətən illik hazırlıq planına daxil olur. Yəni qəfil qərar deyil”.
Ekspert onu da deyib ki, regionda gərginliyin artması dövlətlərin ümumi hazırlıq səviyyəsini yüksəltməsinə təsir edə bilər və bu, təbiidir. Bu baxımdan təlimlərin intensivliyi arta, daha çox ehtiyat qüvvə cəlb oluna bilər:
“Qanunvericilik buna imkan verir. Bu isə “müharibəyə hazırlaşma” yox, risklərin idarə olunması kimi qiymətləndirilməlidir. Azərbaycan yerləşdiyi regiona görə hər zaman potensial riskləri nəzərə almalı, operativ hazırlığını yüksək saxlamalıdır. Ordunun ehtiyat qüvvələri daim hazır vəziyyətdə olmalıdır”.
23:18 / 12 Noyabr 2026
1
23:12 / 12 Noyabr 2026
15
23:03 / 12 Noyabr 2026
43
23:02 / 12 Noyabr 2026
105
22:59 / 12 Noyabr 2026
46
22:55 / 12 Noyabr 2026
55
22:49 / 12 Noyabr 2026
62
22:40 / 12 Noyabr 2026
54
22:24 / 12 Noyabr 2026
111
22:21 / 12 Noyabr 2026
81
22:13 / 12 Noyabr 2026
91
21:55 / 12 Noyabr 2026
87
21:39 / 12 Noyabr 2026
95
21:26 / 12 Noyabr 2026
1027
21:19 / 12 Noyabr 2026
107
21:04 / 12 Noyabr 2026
101
20:55 / 12 Noyabr 2026
213
20:42 / 12 Noyabr 2026
136
20:26 / 12 Noyabr 2026
142
20:14 / 12 Noyabr 2026
120
20:08 / 12 Noyabr 2026
125
20:05 / 12 Noyabr 2026
190
19:59 / 12 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.