İrana növbəti ZƏRBƏ
01 Fevral 2026, 10:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
999
14.01.2020, 21:12
Dünyada içkilər arasında “Coca-Cola” brendinin xüsusi yeri var. Mövqeyi o qədər güclüdür ki, nə vaxtsa içilmədiyi adama qəribə gəlir.
Oxu24.com “Coca-Cola”nın yaradıcısından danışacaq. Düzdür, indi əczaçı Con Pembertonu az adam xatırlayır. Amma 135 il əvvəl içki dünyasında çox vacib addım atmışdı.

Əslində, Pemberton əvvəlcə şəfalı içki yaratmağı düşünürdü. İlk addım da atmışdı. Lakin uğursuzluğa uğramışdı. “Coca-Cola” ideyası isə böyük uğur gətirdi.
Həmçinin oxuyun
Hər şey narkotiklə başlamışdı. Yox, bir az da dəqiqləşdirsək, Conun vətəndaş müharibəsində yaralanmasıyla. Bundan sonra Pemberton narkotikə qurşanmışdı. “Cola”nın ilk reseptinə də narkotik tərkibli maddə vardı. İçki “Pemberton's French Wine Coca” adlanırdı. Tərkib isə belə idi: soda, kola fındığı, kokain və çaxır. Sonradan kokain çaxırı adlanan içki Fransada çox məşhurlaşacaqdı. Pemberton bunun sayəsində çoxlu pul qazanacaqdı.
Con bir müddət sonra içkinin tərkibini bir az dəyişmək qərarına gəldi. Kokain artıq güclü narkotik maddə sayılırdı. Onu şəkər siropu əvəzlədi.
“Coca-Cola” yeni reseptlə də çox məşhurlaşdı. Amma bu, Pembertona xoşbəxtlik gətirmədi. Con narkotikin əsirinə çevrilmişdi. “Coca-Cola”nın müəllif haqlarını bankir Asa Qriqqs Kendlerə satdı. 1888-ci ilin avqustun 16-da Pemberton həyatla vidalaşdı. Ailəsi yoxsul günündə yaşayırdı. Yeganə oğlu Çarli sonradan içkinin müəllif haqlarını geri qaytarmaq üçün çox çalışsa da, uğur qazanmadı.
10:10 / 01 Fevral 2026
49
10:06 / 01 Fevral 2026
31
10:04 / 01 Fevral 2026
30
10:03 / 01 Fevral 2026
31
23:57 / 31 Yanvar 2026
386
23:47 / 31 Yanvar 2026
244
23:25 / 31 Yanvar 2026
339
23:10 / 31 Yanvar 2026
258
22:58 / 31 Yanvar 2026
126
22:52 / 31 Yanvar 2026
418
22:42 / 31 Yanvar 2026
189
22:12 / 31 Yanvar 2026
1078
22:10 / 31 Yanvar 2026
110
21:58 / 31 Yanvar 2026
747
21:50 / 31 Yanvar 2026
90
21:46 / 31 Yanvar 2026
101
21:40 / 31 Yanvar 2026
130
21:34 / 31 Yanvar 2026
3421
21:11 / 31 Yanvar 2026
893
21:01 / 31 Yanvar 2026
502
20:58 / 31 Yanvar 2026
152
20:54 / 31 Yanvar 2026
105
20:49 / 31 Yanvar 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.