Paşinyanın 48 saatı qaldı
09 Noyabr 2026, 16:23
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
358
22.07.2026, 13:15
Oxu24.com xəbər verir ki, Sovet İttifaqı dövründə baş vermiş və bəşəriyyəti nüvə fəlakətinin astanasına gətirmiş dəhşətli bir hərbi sirrin təfərrüatları məlum olub. İllərdir dövlət sirri kimi qorunan bu hadisənin mərkəzində Məhz Azərbaycandakı Qəbələ Radar Stansiyası yerləşib.
Bildirilir ki, 1976-cı ildə Qəbələdə Sovet İttifaqının ən güclü radar stansiyalarından biri yerləşdirilmişdi. Stansiya bir dəfə bütün dünyanı nüvə müharibəsinin tam astanasına gətirib.
Gecələrin birində radar sistemi qəfildən həyəcan siqnalı verib. Sistemdə guya Amerika Birləşmiş Ştatları ərazisindən SSRİ-yə tərəf ballistik raketlərin atıldığı əks olunub. Cəmi 40 saniyə ərzində Sovet rəhbərliyi cavab zərbəsi, yəni kütləvi nüvə hücumu üçün tam hazır vəziyyətə gətirilib. Dəhşətli Dünya Müharibəsinin başlamasına sadəcə saniyələr qalırdı.
Lakin xoşbəxtlikdən son anda məlum olub ki, bu siqnal əsl hücum deyilmiş. Sən demə, həmin vaxt Günəşdə baş verən güclü maqnit partlayışı radar sistemini çaşdıraraq ona yalançı siqnal göndəribmiş.
Günəşdəki sadəcə bir partlayışın az qala bütün bəşəriyyətin sonunu gətirəcəyi bu hadisə illərlə dövlət sirri kimi gizli saxlanılıb. Həqiqət yalnız Sovet İttifaqı dağılandan sonra ortaya çıxıb.
17:22 / 09 Noyabr 2026
1
17:14 / 09 Noyabr 2026
35
16:56 / 09 Noyabr 2026
206
16:53 / 09 Noyabr 2026
164
16:43 / 09 Noyabr 2026
91
16:37 / 09 Noyabr 2026
100
16:32 / 09 Noyabr 2026
73
16:28 / 09 Noyabr 2026
78
16:25 / 09 Noyabr 2026
187
16:23 / 09 Noyabr 2026
106
16:19 / 09 Noyabr 2026
121
16:06 / 09 Noyabr 2026
267
15:54 / 09 Noyabr 2026
703
15:49 / 09 Noyabr 2026
91
15:47 / 09 Noyabr 2026
223
15:45 / 09 Noyabr 2026
330
15:40 / 09 Noyabr 2026
1785
15:34 / 09 Noyabr 2026
87
15:23 / 09 Noyabr 2026
116
15:13 / 09 Noyabr 2026
132
15:05 / 09 Noyabr 2026
739
15:00 / 09 Noyabr 2026
145
14:58 / 09 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.