Sərhədin altında gizli yol tapıldı – 28 nəfər bu tuneldən keçirdi
21 Avqust 2026, 23:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
495
08.06.2026, 17:15
ABŞ-də uzunmüddətli işsizlik artır. CNBC-nin ABŞ Əmək Statistikası Bürosunun məlumatları əsasında apardığı təhlilə görə, bu göstərici 2019-cu illə müqayisədə 45%, 2023-cü illə müqayisədə isə 55% artıb. ABŞ-də İqtisadçılar bildirirlər ki, uzunmüddətli işsizliyin artması əmək bazarının və iqtisadiyyatın vəziyyəti barədə ciddi siqnallar verir.
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı Ajans.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli açıqlama verib.
O bildirib ki, ABŞ-də uzunmüddətli işsizliyin artması əmək bazarında rəqabətin gücləndiyini göstərir:
" Belə şəraitdə işəgötürənlər vakansiyalar üçün daha çox namizəd arasından seçim edir və bu da miqrantların iş tapmasını çətinləşdirə bilər. Xüsusilə yerli iş təcrübəsi olmayan, peşəkar əlaqələr şəbəkəsi zəif olan və ya yüksək tələbat görməyən sahələrdə çalışan xarici vətəndaşlar daha çox çətinliklə üzləşə bilərlər. Bununla belə, informasiya texnologiyaları, səhiyyə, mühəndislik və bəzi texniki peşələr kimi sahələrdə ixtisaslı kadrlara ehtiyac hələ də qalmaqdadır".
Ekspert mövcud vəziyyətin ABŞ-yə təhsil üçün gedənlərə də edəcəyi təsirdən də danışıb. Onun sözlərinə görə, şirkətlər xarici işçilərin sponsorluğuna daha ehtiyatla yanaşa bilərlər:
"Son illərdə ABŞ-də təhsil alan beynəlxalq tələbələr üçün də vəziyyət müəyyən qədər mürəkkəbləşib. Universitet məzunları təhsildən sonra iş vizası və ya sponsorluq tələb edən hallarda daha sərt rəqabətlə qarşılaşırlar. Şirkətlər iqtisadi qeyri-müəyyənlik dövründə yeni əməkdaşların işə qəbulunu azalda və ya xarici işçilərin sponsorluğuna daha ehtiyatla yanaşa bilərlər. Buna görə də tələbələrin təhsil dövründə təcrübə proqramlarında iştirak etməsi, peşəkar əlaqələr qurması və əmək bazarında tələbat olan bacarıqlar əldə etməsi əvvəlkindən daha vacib hesab olunur".
Akif Nəsirli həmçinin bildirib ki, ABŞ-də işsizliyin yüksəlməsi Green Card qazanan və ya ölkəyə yeni köçən şəxslər üçün də bəzi çətinliklər yarada bilər:
"Yeni gələnlərin ilk aylarda iş tapmaq müddəti uzana, bəzi sahələrdə əməkhaqqı artımları zəifləyə və uyğun vakansiyaların sayı azala bilər. Eyni zamanda yaşayış xərclərinin yüksək olduğu şəhərlərdə işsiz qalmaq maliyyə yükünü daha da artırır. Buna görə də ABŞ-yə köçməyi planlaşdıran şəxslərin müəyyən maliyyə ehtiyatı ilə hərəkət etmələri vacibdir".
O vurğulayıb ki, ABŞ iqtisadiyyatında müşahidə olunan bu tendensiya bəzi insanların diqqətini alternativ istiqamətlərə yönəldə bilər:
"Son illərdə əmək bazarına görə daha çox maraq görən ölkələr arasında Kanada, Avstraliya, Almaniya, Niderland və bəzi Skandinaviya ölkələri yer alır. Bu ölkələrdə müəyyən peşələr üzrə işçi çatışmazlığı və ixtisaslı mütəxəssislərə tələbat davam edir. Bununla yanaşı, hər ölkənin öz miqrasiya qaydaları, dil tələbləri və əmək bazarı xüsusiyyətləri olduğu üçün seçim fərdi şərtlərə uyğun aparılmalıdır".
Akif Nəsirli son olaraq qeyd edib ki, mövcud vəziyyətdə xaricə getmək istəyən şəxslər ölkə seçimindən daha çox peşə və bacarıq seçiminə diqqət yetirməlidirlər. Əmək bazarında tələb olunan sahələr üzrə ixtisaslaşmaq, xarici dil biliklərini inkişaf etdirmək, beynəlxalq sertifikatlar əldə etmək və mümkün qədər iş təcrübəsi toplamaq uğur şansını artırır. Həmçinin yalnız iqtisadi göstəricilərə deyil, uzunmüddətli karyera perspektivlərinə, yaşayış xərclərinə, immiqrasiya qaydalarına və sosial inteqrasiya imkanlarına da baxmaq vacibdir. ABŞ hələ də dünyanın ən böyük və innovativ iqtisadiyyatlarından biri olaraq qalır, lakin hazırkı şəraitdə ora gedən şəxslərin daha hazırlıqlı və rəqabətədavamlı olmaları əvvəlkindən daha böyük əhəmiyyət daşıyır.
23:00 / 21 Avqust 2026
24
22:39 / 21 Avqust 2026
26
22:25 / 21 Avqust 2026
52
22:11 / 21 Avqust 2026
60
21:57 / 21 Avqust 2026
69
21:30 / 21 Avqust 2026
64
20:56 / 21 Avqust 2026
69
20:52 / 21 Avqust 2026
65
20:14 / 21 Avqust 2026
77
19:42 / 21 Avqust 2026
91
19:21 / 21 Avqust 2026
92
19:08 / 21 Avqust 2026
168
18:46 / 21 Avqust 2026
98
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
94
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
111
17:59 / 21 Avqust 2026
96
17:45 / 21 Avqust 2026
121
17:30 / 21 Avqust 2026
101
17:10 / 21 Avqust 2026
133
17:00 / 21 Avqust 2026
86
16:58 / 21 Avqust 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.