Həkimdən qar yeyənlərə xəbərdarlıq
24 Fevral 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
71
24.02.2026, 20:51
Teleqram messencerinin təsisçisi Pavel Durov Rusiyada ona qarşı “terror fəaliyyətinə yardım” maddəsi ilə cinayət işinin açıldığını bildirib.
Oxu24.com xəbər verir ki, iş adamı bu barədə şəxsi teleqram kanalında paylaşım edib.
O, Rusiya hakimiyyətinin bu addımını şəxsi həyatın toxunulmazlığı və söz azadlığını boğmaq cəhdi kimi qiymətləndirib:
“Rusiya mənə qarşı “terrora yardım” maddəsi ilə cinayət işi açıb. Hakimiyyət hər gün rusiyalıların teleqrama çıxışını məhdudlaşdırmaq üçün yeni bəhanələr uydurur. Öz xalqından qorxan dövlət – kədərli mənzərədir”.
Həmçinin oxuyun
Qeyd edək ki, Federal Təhlükəsizlik Xidmətinin (FSB) materiallarına əsasən, Durov Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi (terror fəaliyyətinə yardım) üzrə təqsirləndirilir. Rusiya rəsmiləri platformanın ekstremist və terrorçu təşkilatların fəaliyyəti üçün alətə çevrildiyini, rəhbərliyin isə qanunsuz məzmunu silməkdən imtina etdiyini iddia edirlər.
Xatırladaq ki, P. Durov 2024-cü ilin avqustunda Fransada bənzər ittihamlarla saxlanılmış, bir müddət sonra nəzarət altında sərbəst buraxılmışdı. Rusiyada ona qarşı açılan yeni cinayət işi ölkədə messencerə çıxışın tamamilə bloklanması ehtimalını yenidən gündəmə gətirib.Qafqazinfo
23:16 / 24 Fevral 2026
9
23:02 / 24 Fevral 2026
34
22:20 / 24 Fevral 2026
41
22:19 / 24 Fevral 2026
47
22:00 / 24 Fevral 2026
43
21:59 / 24 Fevral 2026
55
21:45 / 24 Fevral 2026
50
21:42 / 24 Fevral 2026
76
21:39 / 24 Fevral 2026
305
21:35 / 24 Fevral 2026
52
21:34 / 24 Fevral 2026
48
21:31 / 24 Fevral 2026
48
21:08 / 24 Fevral 2026
54
21:08 / 24 Fevral 2026
97
21:03 / 24 Fevral 2026
49
20:39 / 24 Fevral 2026
86
20:35 / 24 Fevral 2026
51
20:24 / 24 Fevral 2026
89
20:23 / 24 Fevral 2026
528
20:12 / 24 Fevral 2026
258
20:12 / 24 Fevral 2026
77
19:59 / 24 Fevral 2026
67
19:50 / 24 Fevral 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.