Nəsimi Musayevdən XƏBƏR VAR
16 Noyabr 2026, 13:41
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
622
15.10.2025, 21:34
Almaniya Kiyevə 2 milyard avroluq hərbi texnika, o cümlədən raketdən müdafiə sistemləri verəcək.
Oxu24.com xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirdiyi mətbuat konfransında bildirib.
"Hazırda 2 milyard avro dəyərində yardım paketi hazırlayırıq. Buraya raketdən müdafiə sistemləri, ən müasir radar texnologiyaları və döyüş sursatları daxil olacaq", - o deyib.
Pistorius Almaniyanın PURL proqramında iştirak etdiyinə, 500 milyon dollar töhfə verdiyinə də aydınlıq gətirib.
Nazir bildirib ki, hazırlanan yardım paketi Kiyevin prioritet müdafiə ehtiyaclarını ödəməyə yönəlib.
Oktyabrın 15-də məlum olub ki, Norveç hökuməti gələn il Ukraynaya hərbi və mülki dəstək üçün 85 milyard Norveç kronu (təxminən 7,25 milyard avro) ayırmaq niyyətindədir.
Həmin gün Belçikanın müdafiə naziri Teo Franken ölkə hakimiyyətinin 2026-cı il büdcəsi çərçivəsində Kiyevə 1 milyard avroluq yardım paketi hazırladığını açıqlayıb.
Bundan əvvəl Pistorius Almaniyanın Ukraynada uzun mənzilli PUA istehsalı üçün 300 milyon avro ayıracağını açıqlamışdı.
Miri
14:14 / 16 Noyabr 2026
1
14:10 / 16 Noyabr 2026
28
14:05 / 16 Noyabr 2026
35
14:00 / 16 Noyabr 2026
39
13:51 / 16 Noyabr 2026
87
13:47 / 16 Noyabr 2026
250
13:41 / 16 Noyabr 2026
84
13:40 / 16 Noyabr 2026
73
13:38 / 16 Noyabr 2026
134
13:35 / 16 Noyabr 2026
76
13:22 / 16 Noyabr 2026
88
13:16 / 16 Noyabr 2026
307
13:10 / 16 Noyabr 2026
111
13:06 / 16 Noyabr 2026
73
13:03 / 16 Noyabr 2026
80
13:01 / 16 Noyabr 2026
85
12:49 / 16 Noyabr 2026
86
12:44 / 16 Noyabr 2026
865
12:42 / 16 Noyabr 2026
103
12:36 / 16 Noyabr 2026
126
12:32 / 16 Noyabr 2026
105
12:27 / 16 Noyabr 2026
321
12:18 / 16 Noyabr 2026
541
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.