MOSSAD Türkiyədə məşhur generalı oğurlayıb öldürdü
15 Noyabr 2026, 21:57
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
40
15.11.2026, 22:34
İraqın sabiq prezidenti Səddam Hüseynin hakimiyyəti dövründə 17 il general kimi xidmət edən, Kərkük əsilli 60 yaşlı Xudhur Əhməd Rauf Vəli hazırda İstanbulda avtomobil yuma məntəqəsində çalışır.
Oxu24.com Globalinfo.az-a istinadən xəbər verir ki, beş dil bilən və vaxtilə pilot-general olduğunu bildirən Vəli 2003-cü ildə Səddam Hüseyn hakimiyyətinin devrilməsindən sonra təhlükəsizlik səbəbindən gizlənməyə başlayıb.
Onun sözlərinə görə, təxminən bir il gizləndikdən sonra ABŞ hərbçiləri tərəfindən tapılıb və həbs olunmamaq üçün onlarla əməkdaşlıq etməyə məcbur qalıb. Daha sonra İraqda evi hücuma məruz qalıb. Həmin hücum zamanı həyat yoldaşını itirdiyini bildirən keçmiş general İŞİD tərəfindən qaçırıldığını, işgəncələrə məruz qaldığını və barmaqlarının kəsildiyini də iddia edib.
Vəli İraqda olduğu müddətdə müxtəlif yerlərdə izlənildiyini və hücumlara məruz qaldığını deyərək 2013-cü il noyabrın 5-də ölkəni tərk etdiyini bildirib.
İraqdakı hərbi fəaliyyəti barədə danışan Vəli əvvəlcə Səddam Hüseynin qardaşı Vətban İbrahim əl-Həsənlə işlədiyini, daha sonra hərbi xidmətə başladığını söyləyib.
O, İran-İraq müharibəsi zamanı yaşananlardan da danışıb. Bildirib ki, İranla sərhəd ərazilərdəki mübahisələr və hərbi toqquşmalar nəticəsində çoxsaylı insan həyatını itirib.
Vəli 2013-cü ildə İraqı tərk etdikdən sonra əvvəlcə İstanbula gəldiyini, daha sonra Sivas şəhərinə göndərildiyini bildirib. Burada təxminən iki il yarım yaşayıb, dil biliklərindən istifadə edərək tərcüməçiliklə məşğul olub və bir müddət pərdə ustasının yanında çalışıb.
2017-ci ildə evləndikdən sonra yenidən İstanbula köçən Vəli Türkiyə vətəndaşlığı aldığını və adını Fatih olaraq dəyişdirdiyini deyib.
Hazırda İstanbulda avtomobil yuma və avtomobillərin cilalanması işləri ilə məşğuldur.
Keçmiş hərbi fəaliyyəti ilə indiki həyatını müqayisə edən Vəli bildirib ki, vaxtilə minə yaxın əsgər onun əmrlərinə tabe olub, 36 nəfərlik mühafizə dəstəsi olub.
“Əvvəllər general və pilot idim. İndi bu işi görmək mənə heç də ağır gəlmir. Taleyimizi Allah bilir. Allahımdan razıyam və hər zaman şükür edirəm”, – deyə o bildirib.
Vəli Türkiyədə ona göstərilən münasibətdən də razılığını ifadə edərək, çətin günlərində dəstək olan insanlara təşəkkür edib.
22:24 / 15 Noyabr 2026
32
22:05 / 15 Noyabr 2026
491
21:57 / 15 Noyabr 2026
129
21:37 / 15 Noyabr 2026
805
21:07 / 15 Noyabr 2026
807
20:58 / 15 Noyabr 2026
441
20:55 / 15 Noyabr 2026
124
20:44 / 15 Noyabr 2026
283
20:39 / 15 Noyabr 2026
114
20:30 / 15 Noyabr 2026
138
20:09 / 15 Noyabr 2026
378
19:51 / 15 Noyabr 2026
415
19:37 / 15 Noyabr 2026
137
19:17 / 15 Noyabr 2026
143
19:09 / 15 Noyabr 2026
131
18:40 / 15 Noyabr 2026
148
18:05 / 15 Noyabr 2026
156
17:53 / 15 Noyabr 2026
2052
17:43 / 15 Noyabr 2026
802
17:16 / 15 Noyabr 2026
715
17:12 / 15 Noyabr 2026
4341
17:09 / 15 Noyabr 2026
133
15:50 / 15 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.