Paşinyan nə vaxt istefa verəcəyini ELAN ETDİ
25 May 2026, 14:42
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
583
15.10.2025, 16:48
Biz Azərbaycanla müxtəlif regional formatlarda: MDB və ŞƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, “Xəzər beşliyi” və “3+3” regional əməkdaşlıq platforması, eyni zamanda, Avrasiya təhlükəsizlik arxitekturasının qurulması kontekstində sıx əməkdaşlıqda maraqlıyıq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Biz Bakı və Avrasiya İqtisadi İttifaqı ilə dialoqun güclənməsini görürük. Bunu Azərbaycanın Baş nazirinin Avrasiya Hökumətlərarası Şurasının iclaslarında fəxri qonaq qismində iştirak etməsinin yaxşı ənənəsi sübut edir. Sonuncu belə tədbir bu il sentyabrın 30-da Minskdə baş tutub.
Biz MDB formatında Bakı ilə əməkdaşlığımızı müsbət qiymətləndiririk. Tərəfdaşlarımız əməkdaşlığın müxtəlif sahələrində çox fəaldırlar. Məsələn, bu il Azərbaycan MDB-nin hər üç tematik paytaxtına ev sahibliyi edir. Məsələn, Qəbələ gənclər paytaxtı, Laçın mədəniyyət paytaxtı, Gəncə isə idman paytaxtıdır. Bu müddət ərzində sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində 23 idman növü üzrə 1500-dən çox idmançının iştirakı ilə III MDB Oyunları uğurla keçirilib. Bu barədə artıq şərh vermişik.
Əlbəttə ki, biz Bakının oktyabrın 10-da Düşənbə sammitinin bir sıra yekun sənədlərinə qoşulmasını alqışlayırıq. Buraya dövlət başçılarının transmilli cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq və Çernobıl AES-də baş vermiş faciənin 40-cı ildönümü ilə bağlı bəyanatları daxildir.
Azərbaycan həmçinin 2026-2028-ci illər üçün terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq proqramının – MDB ölkələrinin regional təhlükəsizliyin təmin edilməsi üzrə birgə fəaliyyətinin konkret istiqamətləri üzrə mühüm ortamüddətli sənədin qəbulunu dəstəkləyib”, - Rusiya XİN sözçüsü qeyd edib.
15:35 / 25 May 2026
53
15:27 / 25 May 2026
64
15:06 / 25 May 2026
93
15:01 / 25 May 2026
74
14:55 / 25 May 2026
70
14:47 / 25 May 2026
145
14:42 / 25 May 2026
78
14:37 / 25 May 2026
53
14:25 / 25 May 2026
86
14:20 / 25 May 2026
834
14:05 / 25 May 2026
931
14:02 / 25 May 2026
93
13:57 / 25 May 2026
89
13:54 / 25 May 2026
111
13:49 / 25 May 2026
629
13:46 / 25 May 2026
166
13:41 / 25 May 2026
66
13:38 / 25 May 2026
74
13:36 / 25 May 2026
80
13:31 / 25 May 2026
88
13:16 / 25 May 2026
66
13:10 / 25 May 2026
310
13:07 / 25 May 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.