Bəşəriyyət qorxunc təhlükə ilə üz-üzə
16 Noyabr 2026, 14:24
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
646
06.10.2025, 21:29
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi paytaxt Tehranda mətbuat konfransı keçirib.
Oxu24.com xəbər verir ki,ölkəsinin xarici siyasət gündəmini dəyərləndirən Bekayi, 2015-ci ildə İranla nüvə razılaşmasının Avropa tərəfləri olan “E3”, yəni Böyük Britaniya, Fransa və Almaniyanın təşəbbüsü ilə BMT-nin Tehrana qarşı sanksiyalarının bərpasına toxunub.
Bekayi, "Hazırda diqqətimizi E3 və ABŞ-ın hərəkətlərinin nəticələrinə yönəltmişik. Mesaj mübadiləsi davam edə bilər, lakin E3 onların yetkin və müstəqil danışıqlar tərəfdaşı olmadıqlarını sübut etdi. Bizim heç bir danışıqlar planımız yoxdur. Danışıqların İranın maraqlarına xidmət etdiyi qənaətinə gələndən sonra mütləq hərəkətə keçəcəyik", deyə qeyd edib.
BMT-nin sanksiyalarının bərpası ilə bağlı BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) heç bir qərar verilmədiyini bildirən Bekayi, "Göründüyü kimi, bu addım ABŞ-ın tələbi ilə və Avropa ölkələrinin maraqları nəzərə alınmadan atılıb. BMT Katibliyinin hərəkətinin heç bir hüquqi əsası olmadığına inanırıq", şərhini verib.
Bekayi vurğulayıb ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Administratoru Rafael Mariano Qrossinin təklif etdiyi kimi, Nyu Yorkda ABŞ nümayəndəsi Stiv Vitkoff və Avropa nazirlərinin də daxil olduğu görüş üç dəfə təklif edilib.
O, "Biz bunu vicdanla qəbul etdik və belə bir toplantı keçirilməli idi, lakin digər tərəflər hər dəfə iştirak etməkdən imtina etdilər", deyə bildirib.
Bekayi MAQATE ilə əməkdaşlığın gələcəyinə Ali Milli Təhlükəsizlik Şurası tərəfindən qərar veriləcəyini bildirib.
Nigar
16:33 / 16 Noyabr 2026
27
16:25 / 16 Noyabr 2026
44
16:17 / 16 Noyabr 2026
50
16:12 / 16 Noyabr 2026
82
16:08 / 16 Noyabr 2026
92
15:45 / 16 Noyabr 2026
64
15:18 / 16 Noyabr 2026
101
15:00 / 16 Noyabr 2026
97
14:30 / 16 Noyabr 2026
145
14:24 / 16 Noyabr 2026
108
14:19 / 16 Noyabr 2026
148
14:14 / 16 Noyabr 2026
110
14:10 / 16 Noyabr 2026
143
14:05 / 16 Noyabr 2026
112
14:00 / 16 Noyabr 2026
106
13:51 / 16 Noyabr 2026
154
13:47 / 16 Noyabr 2026
638
13:41 / 16 Noyabr 2026
135
13:40 / 16 Noyabr 2026
124
13:38 / 16 Noyabr 2026
361
13:35 / 16 Noyabr 2026
106
13:22 / 16 Noyabr 2026
152
13:16 / 16 Noyabr 2026
521
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.