Türkiyədə zəlzələ oldu
25 May 2026, 23:41
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
543
06.10.2025, 20:13
Oxu24.com Lulanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Braziliya prezidenti Luis İnasiu Lula da Silva ABŞ prezidenti Donald Trampla telefon danışığı keçirərək onu Braziliyaya tətbiq edilən rüsumları qaldırmağa çağırıb.
“O, yerli məhsullara tətbiq edilən 40%-lik rüsumun qaldırılmasını və Braziliya rəsmilərinə qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsini xahiş edib”, - deyə məlumatda bildirilir.
Söhbət yarım saat davam edib və “dostluq şəraitində” keçib. İki lider Malayziyada keçiriləcək ASEAN sammitində baş tuta biləcək təkbətək görüşə razılaşıblar. Braziliya lideri ABŞ-a səfərə hazır olduğunu da bildirib.
İyulun 30-da Tramp Braziliya mallarına əlavə 40% rüsum tətbiq edib.
Bu, Latın Amerikası ölkəsindən gələn malların ümumi tarifini 50%-ə çatdırıb.
Vaşinqton qeyd edib ki, bu tədbirlər Braziliya hökumətinin ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün “fövqəladə təhlükə” yaradan son hərəkətlərinə cavab olaraq həyata keçirilib. Bundan əlavə, tarif artımı keçmiş prezident Jair Bolsonaronun "siyasi motivli" məhkəməsi ilə əlaqədar həyata keçirilir.
Bundan əvvəl Braziliya prezidenti bəyan etmişdi ki, Ukraynada münaqişənin hərbi yolla həlli olmayacaq.
Nigar
08:25 / 26 May 2026
1
08:24 / 26 May 2026
6
08:07 / 26 May 2026
40
00:45 / 26 May 2026
115
00:09 / 26 May 2026
152
00:04 / 26 May 2026
332
23:56 / 25 May 2026
508
23:50 / 25 May 2026
215
23:42 / 25 May 2026
271
23:41 / 25 May 2026
246
23:39 / 25 May 2026
328
23:36 / 25 May 2026
121
23:34 / 25 May 2026
2055
23:26 / 25 May 2026
233
23:24 / 25 May 2026
171
23:22 / 25 May 2026
120
23:17 / 25 May 2026
132
23:13 / 25 May 2026
101
23:12 / 25 May 2026
119
23:07 / 25 May 2026
109
23:04 / 25 May 2026
111
23:01 / 25 May 2026
197
22:57 / 25 May 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.