Türkiyədə zəlzələ oldu
25 May 2026, 23:41
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
554
06.10.2025, 12:45
“The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır ki, Çin neft müqabilində İranda infrastruktur qurur.
Oxu24.com xəbər verir ki, nəşrin yazdığına görə, Çin praktiki olaraq barter əsasında İran neftini almaqla Qərbin sanksiyalarından və qlobal ödəniş sistemlərindən yan keçir.
"Sistem belə işləyir: İran nefti Tehranın ən böyük müştərisi olan Çinə göndərilir və bunun müqabilində dövlət tərəfindən dəstəklənən Çin şirkətləri İranda infrastruktur qururlar", - nəşr yazır.
Nəşrin mənbələri iddia edir ki, 2024-cü il üçün 8,4 milyard dollara qədər neft ödənişləri bu sxem vasitəsilə emal edilib. Pul Çin infrastruktur layihələrinin maliyyələşdirilməsinə sərf olunur.
Sentyabrın 19-da BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların aradan qaldırılması müddətinin uzadılmasına dair qətnaməni rədd edib.
ABŞ, Fransa, Böyük Britaniya, Yunanıstan, Danimarka, Somali, Panama, Sloveniya və Syerra Leonenin nümayəndələri qətnamə layihəsinin əleyhinə səs veriblər. Rusiya, Çin, Pakistan və Əlcəzair sanksiyaların ləğvini dəstəkləyib.
Daha sonra Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski bəyan edib ki, Moskva və Pekin İrana qarşı sanksiyaların yenidən tətbiq edilməməsi üçün mümkün olan hər şeyi edib və hər hansı nəticələrə görə məsuliyyət məhdudiyyətlərin təxirə salınmasının əleyhinə səs verən dövlətlərin üzərinə düşəcək.
Nigar
09:17 / 26 May 2026
1
09:08 / 26 May 2026
26
08:57 / 26 May 2026
195
08:54 / 26 May 2026
50
08:52 / 26 May 2026
45
08:25 / 26 May 2026
122
08:24 / 26 May 2026
124
08:07 / 26 May 2026
65
00:45 / 26 May 2026
121
00:09 / 26 May 2026
164
00:04 / 26 May 2026
348
23:56 / 25 May 2026
593
23:50 / 25 May 2026
235
23:42 / 25 May 2026
293
23:41 / 25 May 2026
253
23:39 / 25 May 2026
350
23:36 / 25 May 2026
126
23:34 / 25 May 2026
2516
23:26 / 25 May 2026
254
23:24 / 25 May 2026
179
23:22 / 25 May 2026
125
23:17 / 25 May 2026
139
23:13 / 25 May 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.