Rusiyadan Krım körpüsünün vurulmasına reaksiya
16 Noyabr 2026, 17:01
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
672
04.10.2025, 23:41
Misir Xarici İşlər Nazirliyi İsrail və Fələstinin HƏMAS hərəkatı arasında dolayı danışıqların növbəti raundunun oktyabrın 6-da Ərəb Respublikasında keçiriləcəyini bildirib.
Oxu24.com xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin məlumatına görə, Həmas və İsrail nümayəndə heyətləri ABŞ prezidenti Donald Trampın təklif etdiyi Qəzza tənzimləmə planına uyğun olaraq israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi üçün əlverişli şərait yaradılmasını müzakirə edəcəklər.
Məsləhətləşmələrin yeri hələ dəqiqləşdirilməyib. Bununla belə, Misirin “Əl-Qahirə Əl-İxbariya” telekanalı görüşləri Qahirədə keçirməyi planlaşdırdığını, “Əl Hadath” pan-ərəb kanalı isə danışıqların Şarm əl-Şeyxdə keçirilə biləcəyini irəli sürüb.
Oktyabrın 3-də HƏMAS liderləri ABŞ prezidenti Donald Trampın Qəzza zolağındakı vəziyyəti həll etmək planı çərçivəsində saxladıqları israilli məhbusları azad etməyə hazır olduqlarını bildiriblər. Bundan əlavə, hərəkat anklavın idarəçiliyini müxtəlif sahələrdə fələstinli ekspertlərdən ibarət müstəqil struktura təhvil verməyə razılaşıb.
HƏMAS daha əvvəl Trampın sülh planı çərçivəsində silahlarını təhvil vermə şərtini açıqlamışdı.
Nigar
17:01 / 16 Noyabr 2026
24
16:55 / 16 Noyabr 2026
40
16:52 / 16 Noyabr 2026
48
16:50 / 16 Noyabr 2026
50
16:33 / 16 Noyabr 2026
69
16:25 / 16 Noyabr 2026
105
16:17 / 16 Noyabr 2026
85
16:12 / 16 Noyabr 2026
114
16:08 / 16 Noyabr 2026
109
15:45 / 16 Noyabr 2026
79
15:18 / 16 Noyabr 2026
111
15:00 / 16 Noyabr 2026
108
14:30 / 16 Noyabr 2026
370
14:24 / 16 Noyabr 2026
119
14:19 / 16 Noyabr 2026
159
14:14 / 16 Noyabr 2026
127
14:10 / 16 Noyabr 2026
183
14:05 / 16 Noyabr 2026
134
14:00 / 16 Noyabr 2026
131
13:51 / 16 Noyabr 2026
163
13:47 / 16 Noyabr 2026
690
13:41 / 16 Noyabr 2026
142
13:40 / 16 Noyabr 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.