ABŞ və Ermənistan arasında anlaşma memorandumu imzalanacaq
26 May 2026, 10:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
646
04.10.2025, 22:53
İsrailin baş naziri Benyamin Netanyahu videomüraciətində girovların yaxın bir neçə gün ərzində qaytarılacağına ümid etdiyini bildirib.
Oxu24.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Siyasətçi bəyan edib ki, ölkə “çox böyük nailiyyətin astanasındadır”, lakin “bu, son deyil”.
Baş nazir vurğulayıb ki, Fələstinin radikal HƏMAS hərəkatı hərbi və diplomatik təzyiqlər nəticəsində girovları azad etmək qərarına gəlib.
Baş nazirin sözlərinə görə, İsrail nümayəndə heyəti onların azad edilməsinin "texniki detallarını" razılaşdırmaq üçün Qahirəyə gedəcək.
Danışıqlar bir neçə gün çəkəcək. Netanyahu iddia edir ki, razılaşmanın ikinci mərhələsi “Həmas”ın tərksilah edilməsini və Qəzza zolağının silahsızlaşdırılmasını nəzərdə tutur.
“Bu, ABŞ prezidenti Donald Trampın planına uyğun olaraq ya diplomatik yolla, ya da bizim tərəfimizdən hərbi yolla baş verəcək”, - deyə İsrailin baş naziri yekunlaşdırıb.
Bir gün əvvəl Həmas Trampın planına uyğun olaraq bütün girovları azad etməyə hazır olduğunu bildirib. Hərəkat həmçinin Qəzza zolağının idarəçiliyini fələstinli texnokratlardan ibarət müstəqil hakimiyyətə təhvil verməyə razılaşıb. ABŞ prezidentinin Qəzza zolağının gələcəyi və Fələstin xalqının qanuni hüquqları ilə bağlı təklifində qeyd olunan digər məsələlər “hərtərəfli Fələstin milli strukturu çərçivəsində həll olunacaq”.
Həmas daha əvvəl Trampın müəyyən etdiyi müddətdə girovların təhvil verilməsinin mümkün olmayacağını bəyan etmişdi.
Nigar
11:30 / 26 May 2026
15
11:21 / 26 May 2026
37
11:20 / 26 May 2026
40
11:17 / 26 May 2026
48
10:56 / 26 May 2026
100
10:55 / 26 May 2026
63
10:50 / 26 May 2026
71
10:40 / 26 May 2026
176
10:35 / 26 May 2026
81
10:33 / 26 May 2026
65
10:16 / 26 May 2026
396
10:12 / 26 May 2026
74
10:04 / 26 May 2026
69
09:53 / 26 May 2026
70
09:47 / 26 May 2026
63
09:46 / 26 May 2026
147
09:45 / 26 May 2026
76
09:36 / 26 May 2026
327
09:31 / 26 May 2026
58
09:27 / 26 May 2026
271
09:23 / 26 May 2026
132
09:19 / 26 May 2026
69
09:17 / 26 May 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.