Qaynar xətt:

(+99450) 247 90 86

"ABŞ-nin heç bir sahədə rəqibə ehtiyacı yoxdur" -Lavrov

"ABŞ-nin heç bir sahədə rəqibə ehtiyacı yoxdur" -Lavrov

DÜNYA

264

14.01.2025, 15:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"ABŞ Ukraynanı “Şimal axını”ndan sonra “Türk axını” qaz kəmərini ləğv etməyə çağırır".

Oxu24.com  xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov  deyib. 

"Mənim çox güclü əminliyim var: ABŞ-nin heç bir sahədə rəqibə ehtiyacı yoxdur... Onlar öz ukraynalı müştərilərini indi Şimal axınından sonra “Türk axını”nı da dayandırmağa təhrik edirlər", - Lavrov mətbuat konfransında qeyd edib. 

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Vaşinqton Kiyevə enerji sektorunda Avropa İttifaqının enerji rifahının əsasını məhv edən terror aktları həyata keçirməyə icazə verir.