Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
870
14.10.2026, 13:01
Azərbaycan dünyəvi dövlətdir. Ölkəmizdə dini inanclara hörmətlə yanaşılır. Dövlətimiz, xalqımız tolerant , multikultural dəyərlərə çox böyük hörmətlə yanaşır. Tarixə nəzər saldıqda görürük ki əsrlər boyu Azərbaycanda müxtəlif ölkələrin nümayəndələri yaşayıb və yaşamaqdadır.
Bu sözləri Xalq artisti, Xan Şuşinski Fondunun prezidenti Bəyimxanım Cavanşirova-Verdiyeva Oxu24.com saytına açıqlamasında deyib
B. Verdiyeva qeyd edib ki, biz bir xalq bir dövlət olaraq, hər xalqın, dilinə dininə, adət ənənələrinə hörmətlə yanaşmışıq. Azərbaycanda təhsil sistemi dünyəvi prinsiplərə əsaslanır.
"Məktəb elm, bilik məkanıdır. Yetişməkdə olan gənc nəsilin dünyagörüşünün genişlənməsi, müstəqil düşüncə və müasir biliklərə yiyələnməsi əsas prioritet olmalıdır. Dünyəvilik qəti surətdə dinə qarşı mövqe deyildir. Nazirlər Kabinetinin qərarına uyğun olaraq məktəblərdə vahid formanın qəbul edilməsi məktəblərdə şagirdlər arasında bərabərlik yaradır. Və bu təhsilin keyfiyyətinə müsbət təsir edir.
Bakıda Qırmızı Əmək bayrağı ordenli 190 nömrəli məktəbdə təhsil almışam. O dövrdə elm, təhsil almaq üçün hər birimiz təsdiq edilmiş formada məktəbə gələrdik. Bu uğurlu təhsil sisteminin inkişafına mühüm təsirini göstərirdi. Əsasən qızlarımız gələcəyin analarıdırlar.Savadlı ana,gələcəyə savadlı övlad yetirir. Milli mənəvi dəyərlərimizi uca tutaraq, məktəbə təhsil almağa gələn hər bir qız övladımız təhsil ocağının əsas tutduğu qanunlara riayət edərək, gələcəyin, yüksək dünyagörüşlü, savadlı kadrı kimi yetişməlidirlər",-deyə o bildirib.
Turan Etibaroğlu
00:43 / 12 Noyabr 2026
1
00:35 / 12 Noyabr 2026
29
00:33 / 12 Noyabr 2026
31
00:27 / 12 Noyabr 2026
49
00:24 / 12 Noyabr 2026
56
00:19 / 12 Noyabr 2026
75
00:17 / 12 Noyabr 2026
81
00:11 / 12 Noyabr 2026
89
23:54 / 11 Noyabr 2026
78
23:52 / 11 Noyabr 2026
86
23:50 / 11 Noyabr 2026
111
23:45 / 11 Noyabr 2026
673
23:28 / 11 Noyabr 2026
81
23:24 / 11 Noyabr 2026
90
23:18 / 11 Noyabr 2026
101
23:09 / 11 Noyabr 2026
104
23:03 / 11 Noyabr 2026
94
23:01 / 11 Noyabr 2026
116
22:55 / 11 Noyabr 2026
90
22:38 / 11 Noyabr 2026
161
22:31 / 11 Noyabr 2026
109
22:26 / 11 Noyabr 2026
6054
22:22 / 11 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.