08:00-dan başlayaraq - Bakıda yaşayanlara XƏBƏRDARLIQ
29 Oktyabr 2026, 07:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
232
05.10.2026, 11:31
Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılır, səlahiyyətləri müəyyənləşir.
Oxu24.com xəbər verir ki, bununla bağlı Mülki Prosessual, Vergi, Cinayət-Prosessual Məcəllələrinə, "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "Məhkəmə ekspertizası fəaliyyəti haqqında", "İnzibati icraat haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Məşğulluq haqqında" qanunlara dəyişiklik təklif edilir.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, Özəl Məhkəmə Ekspertlərinin Palatası (bundan sonra - Palata) üzvlərinin hüquqlarını və qanuni mənafelərini qorumaq, onların fəaliyyətini əlaqələndirmək məqsədilə özəl məhkəmə ekspertlərinin məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir:
- Palatanın möhürü, emblemi, bank hesabı, müvafiq ştampları və blankları vardır.
- Palata bu Qanun və Palatanın Ümumi yığıncağında qəbul edilmiş nizamnaməsi əsasında fəaliyyət göstərir.
- Palatanın idarə olunması qaydası onun nizamnaməsi ilə tənzimlənir.
- Palataya Palatanın İdarə Heyətinin sədri, o olmadıqda isə müavini rəhbərlik edir.
Qanun layihəsinə əsasən, Palatanın maliyyələşmə mənbələri aşağıdakılar olacaq:
- Palata üzvlərinin üzvlük haqları;
- Palata üzvlərinin intizam tənbeh tədbiri kimi cərimə edilməsindən daxilolmalar;
- ianələr.
Palata üzvlərinin üzvlük haqqının məbləği, onun ödənilməsi müddəti və qaydası Palatanın nizamnaməsi ilə müəyyən olunacaq.
Sənəddə qeyd edilib ki, Palatanın aşağıdakı səlahiyyətləri vardır:
- özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərin ixtisas imtahanlarına hazırlanmasında onlara metodiki köməklik göstərmək;
- özəl məhkəmə ekspertlərinin fəaliyyətini əlaqələndirmək və onların
təlimini təşkil etmək;
- özəl məhkəmə ekspertləri tərəfindən etik davranış kodeksinin tələblərinə riayət edilməsinə nəzarət etmək;
- dövlət orqanlarında (qurumlarında) özəl məhkəmə ekspertlərini təmsil etmək və onların hüquqlarını və qanuni mənafelərini müdafiə etmək;
- özəl məhkəmə eksperti fəaliyyəti ilə bağlı normativ hüquqi aktların tələblərini, habelə icra intizamını pozmasına işarə edən kifayət qədər dəlillər olduqda onun barəsində bu Qanuna uyğun olaraq intizam icraatının başlanılması barədə İntizam Komissiyasına təqdimat vermək;
- məhkəmə ekspertizası fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək;
- digər ölkələrin məhkəmə ekspertləri, həmçinin beynəlxalq təşkilatlarla və hüquqi şəxslərlə əməkdaşlıq etmək.
Bildirilib ki, özəl məhkəmə eksperti Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edildiyi andan Palatanın üzvü olacaq.
Özəl məhkəmə ekspertinin fəaliyyətinə xitam verildikdə onun Palataya üzvlüyünə də xitam veriləcək.
07:33 / 29 Oktyabr 2026
96
07:32 / 29 Oktyabr 2026
94
01:47 / 29 Oktyabr 2026
844
01:20 / 29 Oktyabr 2026
796
01:13 / 29 Oktyabr 2026
308
00:04 / 29 Oktyabr 2026
570
23:58 / 28 Oktyabr 2026
133
23:54 / 28 Oktyabr 2026
22882
23:53 / 28 Oktyabr 2026
887
23:46 / 28 Oktyabr 2026
158
23:33 / 28 Oktyabr 2026
311
23:20 / 28 Oktyabr 2026
190
23:19 / 28 Oktyabr 2026
684
23:14 / 28 Oktyabr 2026
110
23:10 / 28 Oktyabr 2026
153
22:50 / 28 Oktyabr 2026
1459
22:45 / 28 Oktyabr 2026
113
22:37 / 28 Oktyabr 2026
107
22:33 / 28 Oktyabr 2026
105
22:29 / 28 Oktyabr 2026
475
20:59 / 28 Oktyabr 2026
104
20:36 / 28 Oktyabr 2026
137
20:29 / 28 Oktyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.