Goranboyda avtomobil dərəyə aşdı: Şəhid anası həlak oldu
04 Noyabr 2026, 01:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
271
24.08.2026, 17:05
Bakı metropolitenində qarşıdakı dövrdə xətlər üzrə qatarların hərəkət intervalının azaldılması ilə bağlı təhlillər aparılır və mümkün tədbirlərin görülməsi imkanları araşdırılır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə sərnişin axını və tələbatı diqqət mərkəzində saxlanılır.
Qeyd olunub ki, Bakı metropolitenində Yaşıl və Qırmızı xətlərin müstəqil fəaliyyət sahələrində gur saatlarda hərəkət intervalı 3 dəqiqə 30 saniyə təşkil edib. Xətlərin ayrılması layihəsi çərçivəsində 200 metrə yaxın tunelin inşası ilə əlaqədar hər bir xətt üzrə müstəqil hərəkət qrafiki tərtib edilib:
"Nəticədə Yaşıl xətt üzrə interval 3 dəqiqə 30 saniyə saxlanılıb, Qırmızı xətdə isə 1 dəqiqə azaldılaraq 2 dəqiqə 30 saniyəyə endirilib.
Bunun üçün Qırmızı xətt üzrə müvafiq gücləndirmə və optimallaşdırma tədbirləri görülüb, həmçinin əlavə maşinistlər ayrılmaqla qatarların "İçərişəhər" stansiyasını daha operativ tərk etməsi təmin edilib".
Qurumdan, həmçinin bildirilib ki, əvvəlcədən proqnozlaşdırıldığı kimi, "28 May-Nizami" stansiyaları arasında hərəkətin dayandırılması metroda sərnişin sayının azalmasına səbəb olub:
"Bu, sərnişinlərin bir qisminin məhz xətdən-xəttə keçid üçün həmin istiqamətdən istifadə etməsi ilə əlaqədardır.
Bu səbəbdən yerüstü ictimai nəqliyyata tələbatın artması nəzərə alınaraq daşımaların sərnişin tələbatına uyğun təşkili və sərnişinlərin düzgün yönləndirilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə sıx əlaqəli fəaliyyət həyata keçirilir"
01:07 / 04 Noyabr 2026
1
00:56 / 04 Noyabr 2026
52
00:38 / 04 Noyabr 2026
128
00:30 / 04 Noyabr 2026
69
00:29 / 04 Noyabr 2026
103
00:18 / 04 Noyabr 2026
130
00:11 / 04 Noyabr 2026
76
00:10 / 04 Noyabr 2026
152
23:58 / 03 Noyabr 2026
163
23:58 / 03 Noyabr 2026
3408
23:50 / 03 Noyabr 2026
127
23:40 / 03 Noyabr 2026
124
23:34 / 03 Noyabr 2026
124
23:04 / 03 Noyabr 2026
280
22:59 / 03 Noyabr 2026
78
22:52 / 03 Noyabr 2026
111
22:48 / 03 Noyabr 2026
92
22:45 / 03 Noyabr 2026
108
22:33 / 03 Noyabr 2026
126
22:30 / 03 Noyabr 2026
147
22:29 / 03 Noyabr 2026
209
22:25 / 03 Noyabr 2026
91
22:21 / 03 Noyabr 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.