Goranboyda avtomobil dərəyə aşdı: Şəhid anası həlak oldu
04 Noyabr 2026, 01:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
682
14.08.2026, 12:30
Bakıda metro xətlərinin ayrılması ilə bağlı nəzərdə tutulan dəyişikliklərə artıq stansiyalarda da hazırlıq görülür. Belə ki, “Dərnəgül” stansiyasında yerləşən elektron lövhələrdə qatarların istiqaməti ilə bağlı yeni məlumatlar əks olunmağa başlayıb.
Musavat.com xəbər verir ki, lövhələrdə “Dərnəgül – Nizami” istiqaməti göstərilir. Bu, avqustun 15-dən etibarən metroda tətbiq olunacaq yeni hərəkət sxemi ilə bağlıdır.
Beləliklə, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar” və digər stansiyalardan gələn sərnişinlər artıq birbaşa “28 May” stansiyasına gedə bilməyəcəklər. Qatarlar “Nizami” stansiyasına qədər hərəkət edəcək.
“Nizami”dən sonra “28 May” istiqamətində hərəkət etmək istəyən sərnişinlər alternativ nəqliyyatdan istifadə etməli və ya mövcud keçid imkanlarından yararlanmalıdırlar.
Qeyd edək ki, dəyişiklik Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində həyata keçirilir. Layihə nəticəsində xətlərin müstəqil fəaliyyət göstərməsi nəzərdə tutulur. “28 May” və “Cəfər Cabbarlı” stansiyaları isə xətlər arasında əsas keçid məntəqələri olacaq.
Hazırda sərnişinlərin məlumatlandırılması məqsədilə stansiyalarda istiqamət lövhələri də mərhələli şəkildə yenilənir. “İnşaatçılar”da çəkilən görüntüdə yeni istiqamətin artıq lövhədə göstərilməsi diqqət çəkir.
Xatırladaq ki, avqustun 15-dən etibarən “Dərnəgül–Nizami” sahəsində hərəkətin təşkili ilə əlaqədar sərnişinlərin gündəlik marşrutlarında dəyişiklik olacaq.
01:07 / 04 Noyabr 2026
1
00:56 / 04 Noyabr 2026
52
00:38 / 04 Noyabr 2026
128
00:30 / 04 Noyabr 2026
69
00:29 / 04 Noyabr 2026
103
00:18 / 04 Noyabr 2026
130
00:11 / 04 Noyabr 2026
76
00:10 / 04 Noyabr 2026
152
23:58 / 03 Noyabr 2026
163
23:58 / 03 Noyabr 2026
3408
23:50 / 03 Noyabr 2026
127
23:40 / 03 Noyabr 2026
124
23:34 / 03 Noyabr 2026
124
23:04 / 03 Noyabr 2026
280
22:59 / 03 Noyabr 2026
78
22:52 / 03 Noyabr 2026
111
22:48 / 03 Noyabr 2026
92
22:45 / 03 Noyabr 2026
108
22:33 / 03 Noyabr 2026
126
22:30 / 03 Noyabr 2026
147
22:29 / 03 Noyabr 2026
209
22:25 / 03 Noyabr 2026
91
22:21 / 03 Noyabr 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.