Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb
26 İyul 2026, 09:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
177
22.07.2026, 16:31
6 gün əvvəl Qazaxıstandan qayıtmışam. Bu qardaş ölkədə gördüyüm, təsadüfən söhbət etdiyim insanların çoxundan bir söz eşitdim: “Sizin Prezidentiniz kişi adamdır! Azərbaycanı çox sevirik!”.
Toylarında iştirak etdiyim Balanbayevlər ailəsinin qonaqlarının hamısı Azərbaycandan gəldiyimizi biləndə bizə yaxınlaşır və ürək sözlərini çatdırırdılar. Azərbaycanaoloan səfərlərindən xoş təəssüratlarını danışırdılar.
İyulun 4-7-si arası isə Şuşada təşkilatçılarından biri olduğum "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" mövzusunda Xankəndində keçirdiyimiz beynəlxalq konfransda dünyanın müxtəlif ölkələrindən olan, çərkəz xalqını təmsil edən qonaqlarımız Azərbaycanın hünərindən, zəfərindən bugünkü geniş qlobal meydandakı rolundan, ölkə başçısının beynəlxalq aləmdəki nüfuzundan danışdılar. Azərbaycan Prezidentinin əzmi və döyüşçülərimizin rəşadəti ilə geri aldığımız torpaqlarda gəzərkən, “Kaş biz də öz doğma yurdlarımıza belə qayıda biləydik,”-deyə ağ həsəd apardıqlarını söylədilər.
Onlar da Vətənlərindən ayrıdırlar. Onlar də Vətən həsrəti çəkirlər. Lakin çərkəzlərin dünyanın müxtəlif ölkələrində yaşayan nümayəndələri Vətənə xəyanət etməyib, hər zaman Vətəni rus imperiyasının əlindən almaq mücadiləsi aparıblar.
Biz isə o boyda İmperiyanın caynağından xilas olmuşuq!!!
Dünyanın hər yerində Vətənindən gedib mühacir həyatı yaşayanlar olub. 100 il bundan əvvəl də Azərbaycandan hicrətə mühacir kimi gedənlər az olmayıb. Onlar Vətənbdən kənarda Vətənin təəssübünü çəkib, vətəni satmayıblar.
Son 20-25 ildə Ramiz Mehdiyev və digər dövlətimizi içəridən yeyənlərin maaliyyələşdirdiyi bir qrup xəyanətkar dəstə, Azərbaycandakı üzdəniraq şəxslərdən maaliyyə alaraq, Vətəni, vətəndaşlarımızı təhqir edir, dövlətimizə ləkə yaxır, öz tərbiyələrini sosial şəbəkələrdən nümayiş etdirirlər. Onların sosial şəbəkələrdə yaydıqları hədyanlar isə əhalimizin böyük kütləsi üçün maraqlı deyil. Dəfələrlə Vətənin qədsriuni bilənlər onların cavabını verib, və verməkdədirlər.
Lakin , dünən Almaniyanın paytaxtında Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev vəıtəni və vətəndaşlarımızı aşağılayan, əxlaqsız videoları, dezinformasiya xəbərləri ilə ürək bulandıran, yüksək tribunaların aşağılarında və ya hasar dalında dayanıb Azərbaycana həqarətlər yağdıran özünü “jurnalist” hesab edən məxluqa və onun kimilərinə kim olduqlarını bir daha xatırlatdı.
Bu gün 22 iyul Milli Mətbuat və Jurnalistika günündə biz əsil qələm sahibləri, jurnalistlər cənab Hikmət Hacıyevin vətəni satan, vətənə xəyanət edənlərin ümumi obrazını bir neçə cümləlik dialoqda dəqiq təsvir etməsinin həzzini yaşayırıq.
Mən uzun illər Vətəndən kənarda Azərbaycan televiziyasını təmsil etdim. Dünyanın hər yerindən Vətənimə dost qazandırdım. Bu gün o dostlar Azərbaycanın haqq səsini dünyaya yayır. 400 illik tarixdə İşğalşçı rus impertiyasının əlindən torpaqlarımızın geri alınmasını öz zəfərləri sayırlar.
İnsan ac da olar, işsiz də olar... Bunalr keçib gedir.
Lakin vətənsizlik çox ağırdır, bayrağı olmamaq böyük dərddir. Bizim Vətənimiz var... Bizim bayrağımız var!!!
Qarabağ döyüşlərində həlak olan oğlanlarımız , igidlərimiz döyüşə gedəndə düşünmədilər ki, vətən mənim üçün nə edib. Onların bir düşüncəsi var idi: mən Vətən üçün gedirəm. Təki Vətən yaşasın.
Biz Vətənimizi sevirik, yolunda canımızım verməyə hər zaman hazırıq!!!
Yazıq o şəxsdir ki, adı vətən xaini, xəyanətkarıdır!!!
Müəllif:Aidə Eyvazlı
09:43 / 26 İyul 2026
1
00:24 / 26 İyul 2026
133
23:29 / 25 İyul 2026
89
22:59 / 25 İyul 2026
139
22:45 / 25 İyul 2026
423
22:39 / 25 İyul 2026
144
22:26 / 25 İyul 2026
159
21:54 / 25 İyul 2026
140
21:27 / 25 İyul 2026
87
21:15 / 25 İyul 2026
147
21:02 / 25 İyul 2026
93
20:49 / 25 İyul 2026
120
20:30 / 25 İyul 2026
133
20:04 / 25 İyul 2026
115
19:56 / 25 İyul 2026
111
19:43 / 25 İyul 2026
172
19:30 / 25 İyul 2026
110
19:17 / 25 İyul 2026
172
18:45 / 25 İyul 2026
176
18:33 / 25 İyul 2026
249
18:19 / 25 İyul 2026
121
17:51 / 25 İyul 2026
176
14:38 / 25 İyul 2026
167
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.