Pulun həmişə çay kimi axdığı insanların doğum tarixləri
04 Oktyabr 2026, 20:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
471
22.07.2026, 12:45
Müasir cəmiyyətdə daha az zəhmətlə qısa zamanda böyük sərvət əldə etmək arzusu getdikcə daha geniş yayılan sosial psixologiyaya çevrilməkdədir. Xüsusilə son dövrlərdə "tez varlanmaq" düşüncəsi bir çox insanın diqqətini cəlb edir və zəhmətlə qazanmaq anlayışının dəyərini itirib-itirmədiyi sualı ciddi müzakirələrə səbəb olur. Bir çox hallarda insanlar məşəqqətli yollardan yayınaraq, asan və təhlükəsiz gəlir mənbələrinə üstünlük verməyə çalışırlar. Lakin ekspertlərin fikrincə, həqiqi və dayanıqlı rifah yalnız təsadüfi qazanclara deyil, şəxsi inkişaf və intellektual potensiala söykənməlidir. Müasir texnologiya dövründə fiziki tükənmə ilə intellektual əməyin balanslaşdırılması məsələsi də yeni sosial tələb kimi qarşıya çıxır. Oxu24.com mövzunun aktuallığını nəzərə alaraq, cəmiyyətdə "tez varlanmaq" sindromunun köklərini və əmək dəyərinin transformasiyasını araşdırıb.
Mövzu ilə bağlı Oxu24.com-a şərh verən sosioloq Naib Niftəliyev məsələnin sosioloji, psixoloji və fəlsəfi tərəflərini təhlil edərək maraqlı məqamlara toxunub.
"Tez varlanmaq" ideyası mifologiyamızda da var”
Sosioloq bildirib ki, qısa yolla varlanmaq arzusu insan psixologiyasında yeni fenomen deyil:
"Tez varlanmaq düşüncəsi bir çoxları üçün cəlbedicidir. Bu, təkcə bu günün məsələsi deyil — ənənəvi mifologiyamızda, rəvayətlərimizdə və tarixi əsərlərdə də qızıl tapmaq, nəyisə əkib-satıb birdən-birə varlanmaq ideyası aparıcı xətt təşkil edib. İnsanların asan və rahat gəlirə can atması başa düşüləndir, çünki herkəs öz rifahını tez qurmaq, həyatın mürəkkəb məsələlərini asan yolla həll etmək istəyir. Bir çoxları elə düşünür ki, böyük bir miras çıxsa və ya təsadüfi pul qazansalar, bütün problemləri həll olunacaq. Lakin bu, absurd və yanlış bir yanaşmadır”.
Naib Niftəliyev vurğulayır ki, insanın əldə edə biləcəyi ən böyük gəlir onun biliyi və praktiki bacarıqlarıdır:
"Sosiologiyada, xüsusilə Georq Simmelin “Pulun fəlsəfəsi” əsərində göstərildiyi kimi, insan nəyə dəyər verirsə, o ölçüdə də dəyər qazanır. O şəxsə kasıb deyilmir ki, onun pulu yoxdur; o şəxsə kasıb deyilir ki, onun düşüncəsi və iradəsi yoxsuldur. Ağıl, iradə və rasional bilik olduqda insan zaman və məkan daxilində öz imkanlarını tam reallaşdıra bilir. Var-dövləti yalnız maddi aləmlə, mülklə ölçmək kökündən yanlışdır”.
Zəhmətlə qazanmaq anlayışı dəyərini itirirmi?
Ekspertin sözlərinə görə, "zəhmət" anlayışı dəyərini itirmir, sadəcə müasir dövrün tələblərinə uyğun olaraq mahiyyətini dəyişir:
”Zəhmətlə qazanmaq insanın daima fiziki əziyyət çəkməsi demək deyil. İnsan ağlını işlədəndə fiziki gücünü düzgün paylayaraq daha çox gəlir və fayda əldə edir. Müasir texnologiya əsrində həddindən artıq fiziki zəhmət çəkib özünü yormaq əlavə gərginlik və ömür qısalığı gətirir. İntellektual hazırlıq fiziki əməklə düzgün əlaqələndirilməlidir”.
Sosioloq Naib Niftəliyev sonda qeyd edib ki, insan cəmiyyətinin rahatlığa və yüksək yaşam standartlarına can atması təbii hüquqdur:
"İnsanlar daha rahat yaşamaq istəyirlərsə, müəyyən mənada haqlıdırlar. Çünki sosial və informasiya stressləri insan sağlamlığı üçün təhlükəlidir. Bizim əsas vəzifəmiz insanlara rahat inkişaf modellərini, sosioloji, psixoloji və sosial-iqtisadi çərçivədə düzgün tətbiq etməyi bacarmaqdır. İntellekt və biliklə dəstəklənən zəhmət həm fərdi, həm də cəmiyyəti həqiqi rifaha aparan tək yoldur”.
Çimnaz Telmanqızı
20:06 / 04 Oktyabr 2026
3
19:55 / 04 Oktyabr 2026
39
19:44 / 04 Oktyabr 2026
67
19:23 / 04 Oktyabr 2026
48
19:16 / 04 Oktyabr 2026
75
19:09 / 04 Oktyabr 2026
70
18:44 / 04 Oktyabr 2026
68
18:34 / 04 Oktyabr 2026
54
17:50 / 04 Oktyabr 2026
80
17:45 / 04 Oktyabr 2026
75
17:35 / 04 Oktyabr 2026
81
17:30 / 04 Oktyabr 2026
526
17:23 / 04 Oktyabr 2026
358
17:20 / 04 Oktyabr 2026
55
16:58 / 04 Oktyabr 2026
2523
16:56 / 04 Oktyabr 2026
320
16:55 / 04 Oktyabr 2026
226
16:53 / 04 Oktyabr 2026
246
16:51 / 04 Oktyabr 2026
92
16:49 / 04 Oktyabr 2026
81
14:30 / 04 Oktyabr 2026
108
14:04 / 04 Oktyabr 2026
146
14:00 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.