Tariyel Məmmədov vəfat etdi – Foto
09 Noyabr 2026, 17:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
402
21.07.2026, 16:16
Azərbaycan əmək bazarında beynəlxalq təcrübəyə əsaslanan çevik iş vaxtı rejimi modellərinin yaradılması və tətbiqi istiqamətində müzakirələr aparılır. Yeni mexanizmlərin işə salınması həm işçilər, həm də işəgötürənlər üçün əmək münasibətlərində daha səmərəli yanaşmaların formalaşmasına şərait yarada bilər. Bu yeniliyin iqtisadiyyata, məşğulluğa və iş həyatı balansına təsirləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Aslan Əzimzadə Oxu24.com saytına açıqlama verib. Ekspert bildirib ki, təklif olunan model əmək bazarının daha çevik və səmərəli fəaliyyət göstərməsini təmin edəcək.
Çevik iş vaxtı rejimi əmək bazarına necə təsir edəcək?
Aslan Əzimzadənin sözlərinə görə, model işçi və işəgötürən arasında iş vaxtının təşkilində daha çevik yanaşma yaradaraq əmək məhsuldarlığının artmasına, işçilərin iş həyatı balansının yaxşılaşmasına və iş məmnunluğunun yüksəlməsinə şərait yarada bilər:
“Müxtəlif kateqoriyadan olan insanların, o cümlədən valideynlərin və kiçik yaşlı uşağı olan şəxslərin əmək bazarına iştirak səviyyəsini artırmaq potensialına malikdir”.
Ekspert qeyd edib ki, həftəlik 40 saatlıq iş normasının gündəlik başlama və bitmə vaxtının işə götürən və işçi tərəfindən qarşılıqlı razılıq əsasında müəyyən edilməsidir və beynəlxalq təcrübədə çox istifadə olunan bir modeldir.
İqtisadi baxımdan iqtisadçı vurğulayıb ki, çevik iş vaxtı müəssisələrdə resurslardan daha səmərəli istifadəni, əməliyyat xərclərinin azalmasını və rəqabət qabiliyyətinin yüksəlməsini dəstəkləyə bilər:
“Xüsusən xidmət sektoru, informasiya texnologiyaları, maliyyə və digər bilik
əsaslı fəaliyyət sahələrində sözügedən modelin tətbiqi daha yüksək nəticələr verə bilər”.
Sonda ekspert əlavə edib ki, çevik iş vaxtı rejimi mövcud əmək qanunvericiliyinə və müasir əmək münasibətləri çərçivəsində tənzimlənəcək, paralel olaraq iş vaxtının uçotu, nəzarət mexanizmləri və sosial hüquqların tam qorunması vacib şərtlərdəndir.
Çimnaz Telmanqızı
17:38 / 09 Noyabr 2026
1
17:36 / 09 Noyabr 2026
9
17:22 / 09 Noyabr 2026
75
17:14 / 09 Noyabr 2026
63
16:56 / 09 Noyabr 2026
418
16:53 / 09 Noyabr 2026
274
16:43 / 09 Noyabr 2026
139
16:37 / 09 Noyabr 2026
120
16:32 / 09 Noyabr 2026
84
16:28 / 09 Noyabr 2026
87
16:25 / 09 Noyabr 2026
252
16:23 / 09 Noyabr 2026
118
16:19 / 09 Noyabr 2026
131
16:06 / 09 Noyabr 2026
373
15:54 / 09 Noyabr 2026
899
15:49 / 09 Noyabr 2026
97
15:47 / 09 Noyabr 2026
243
15:45 / 09 Noyabr 2026
355
15:40 / 09 Noyabr 2026
2323
15:34 / 09 Noyabr 2026
97
15:23 / 09 Noyabr 2026
124
15:13 / 09 Noyabr 2026
139
15:05 / 09 Noyabr 2026
787
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.