5 oktyabrla bağlı XƏBƏRDARLIQ
04 Oktyabr 2026, 18:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1645
16.07.2026, 13:01
Dəniz səviyyəsinin enməsi və qanunsuz qum talançılığı boğulma hallarını niyə artırır?
Yay mövsümünün başlaması ilə dənizdə boğulma hallarının sayı da artıb. Bəzi mütəxəssislər bunu əlverişsiz hava şəraiti və insanların qadağan olunmuş ərazilərdə çimməsi ilə əlaqələndirirlər. Digər ekspertlər isə hesab edirlər ki, əsas səbəb dənizdən qumun daşınmasıdır. Onların sözlərinə görə, qumun çıxarılması nəticəsində dənizin dibində dərin çalalar yaranır və bu da boğulma riskini artırır. Bəs doğrudanmı dənizdə boğulma hallarının əsas səbəbi qumun daşınmasıdır və boğulma riskinin azaldılması üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Oxu24.com-a danışan ekoloq İlqar Xəlilov məsələyə aydınlıq gətirib.
Ekoloq İlqar Xəlilov bildirir ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində onun sahil xətti dənizin içərilərinə doğru çəkilmişdir:
“Sahil xətti geriyə çəkildiyi üçün həmin yeni ərazilərdə də Xəzərin dərinliyi təbii olaraq artır. Bu səbəbdən, ilk növbədə çimərlik üçün öyrənilməmiş ərazilərdə dənizə girmiş və üzmək bacarığı zəif olan insanlar asanlıqla bata bilirlər”.
Onun sözlərinə görə, dənizdəki digər böyük təhlükə suyun hərəkəti ilə bağlıdır. Xəzər dənizinin şərq sahilində suyun dairəvi axını mövcuddur. Dənizə girən zaman həmin bu güclü dairəvi axına düşən insanların da dənizdə batma ehtimalı olduqca yüksəkdir.
Qumun daşınması məsələsinə toxunan İlqar Xəlilov bunun hüquqi tərəfini və yaratdığı təhlükəni vurğulayır:
“Dəniz qumunun sahildən daşınması özü-özlüyündə bir qanun pozuntusudur. Bu qanunsuz fəaliyyətin qarşısı müvafiq icra orqanları tərəfindən qəti şəkildə alınmalıdır. Çünki qum daşınması nəticəsində yaranan həmin dərin sahillərdə də insanların batmaq ehtimalı çox yüksəkdir”.
Ekoloq digər bir mühüm səbəbin isə birbaşa iqlim dəyişikliyi ilə əlaqədar olduğunu qeyd edir. Belə ki, iqlim dəyişikliyinin təsiri ilə müxtəlif istiqamətlərdə əsən küləklər dənizdə güclü dalğalar yaradır. Üzmək bacarığı zəif olan insanlar isə həmin dalğalı sularda özlərini idarə edə bilmir və bata bilirlər.
İlqar Xəlilov sonda bildirir ki, suda boğulma və batma hallarını kəskin şəkildə azaltmaq tamamilə mümkündür:
“Bunun üçün çimərlikdən istifadə edən insanlar mütləq şəkildə xüsusi ayrılmış və məhdudiyyət tətbiq edilmiş, həmçinin xilasetmə xidmətinin fəaliyyət göstərdiyi çimərliklərdən istifadə etməlidirlər. Yalnız bu halda bədbəxt hadisələrin qarşısı alına bilər”,- deyə ekoloq əlavə edib.
Çimnaz Telmanqızı
19:09 / 04 Oktyabr 2026
1
18:44 / 04 Oktyabr 2026
16
18:34 / 04 Oktyabr 2026
34
17:50 / 04 Oktyabr 2026
65
17:45 / 04 Oktyabr 2026
65
17:35 / 04 Oktyabr 2026
73
17:30 / 04 Oktyabr 2026
394
17:23 / 04 Oktyabr 2026
198
17:20 / 04 Oktyabr 2026
49
16:58 / 04 Oktyabr 2026
1896
16:56 / 04 Oktyabr 2026
178
16:55 / 04 Oktyabr 2026
145
16:53 / 04 Oktyabr 2026
161
16:51 / 04 Oktyabr 2026
80
16:49 / 04 Oktyabr 2026
71
14:30 / 04 Oktyabr 2026
98
14:04 / 04 Oktyabr 2026
132
14:00 / 04 Oktyabr 2026
98
13:55 / 04 Oktyabr 2026
71
13:44 / 04 Oktyabr 2026
296
13:40 / 04 Oktyabr 2026
78
13:30 / 04 Oktyabr 2026
71
13:15 / 04 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.