Qəhvənin qoxusu stressi azalda bilər
09 Noyabr 2026, 20:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
567
15.07.2026, 15:10
Baş Prokurorluq şirkət rəhbərinin iddialarına cavab verib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu24.com-a daxil olan məlumatda bildirilib ki, son dövrlər vətəndaş Ağasəf İsmayılov tərəfindən müxtəlif media subyektlərində və sosial şəbəkələrdə sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinin guya obyektiv araşdırılmaması və digər xüsusatlar barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb:
"Bununla əlaqədar bildiririk ki, sərnişindaşıma xidmətlərinin göstərilməsi fəaliyyətini həyata keçirən “Magna trans” məhdud məsuliyyətli cəmiyyətinin həmtəsisçisi İsmayılov Ağasəf İslam oğlunun digər təsisçilər tərəfindən Cəmiyyətin əmlaklarının onun məlumatı olmadan satılması və əldə olunan pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətləri əsasında “Magna Trans” MMC-nin fəaliyyəti ilə bağlı cinayət işi başlanılaraq hərtərəfli və obyektiv ibtidai istintaq aparılıb.
Araşdırmalar zamanı, eləcə də müxtəlif instansiya məhkəmələrinin qərarları ilə müəyyən edilib ki, tərəflər arasında yaranmış mübahisələr hüquqi şəxsin təsisçiləri arasında sahibkarlıq fəaliyyətindən irəli gələn mülki-kommersiya münasibətlərinə aid olub. Cinayət işi çərçivəsində təyin edilmiş vergi yoxlaması zamanı da hər hansı qanun pozuntusu aşkar edilməyib.
Toplanmış sübutların məcmusuna əsasən cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işi üzrə icraata qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilib. Həmçinin, Ağasəf İsmayılovun avtobusların oğurlanması barədə müraciəti üzrə aparılmış araşdırma zamanı da iddialar öz təsdiqini tapmadığından cinayət işi başlanması rədd edilib.
Buna baxmayaraq, Ağasəf İsmayılov eyni məzmunlu iddiaları müxtəlif platformalarda təkrar səsləndirməyə davam edib.
Baş Prokurorluq vətəndaş Ağasəf İsmayılov tərəfindən yayılan qeyd olunan məlumatların həqiqəti əks etdirmədiyini bildirərək media subyektlərini və sosial şəbəkə istifadəçilərini yalnız rəsmi mənbələrə istinad etməyə və dəqiqləşdirilməmiş məlumatların yayılmasından çəkinməyə çağırır".
20:42 / 09 Noyabr 2026
1
20:27 / 09 Noyabr 2026
33
20:25 / 09 Noyabr 2026
303
20:14 / 09 Noyabr 2026
128
20:12 / 09 Noyabr 2026
91
20:11 / 09 Noyabr 2026
104
20:10 / 09 Noyabr 2026
121
20:06 / 09 Noyabr 2026
78
19:53 / 09 Noyabr 2026
100
19:52 / 09 Noyabr 2026
155
19:44 / 09 Noyabr 2026
134
19:44 / 09 Noyabr 2026
125
19:27 / 09 Noyabr 2026
88
19:25 / 09 Noyabr 2026
194
19:19 / 09 Noyabr 2026
128
19:15 / 09 Noyabr 2026
169
19:12 / 09 Noyabr 2026
286
19:11 / 09 Noyabr 2026
161
19:01 / 09 Noyabr 2026
96
18:57 / 09 Noyabr 2026
227
18:46 / 09 Noyabr 2026
119
18:41 / 09 Noyabr 2026
198
18:38 / 09 Noyabr 2026
197
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.