16 yaşlı oğlanın dənizdə axtarışları davam edir
07 İyul 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
497
09.06.2026, 15:47
Şəfibəyli Hüseyin
Bəzən insan həyatda elə adamlarla qarşılaşır ki, onlarla görüşdükdən sonra daxilində qəribə bir rahatlıq yaranır. Sanki uzun illərdir tanıdığın, hörmət etdiyin bir insanla söhbət etmisən. Hafiz Paşayev mənim yaddaşımda məhz belə qalan insanlardandır.
Onun adını illərlə eşitmişdim. Görkəmli alim, diplomat, ADA Universitetinin qurucusu kimi tanıyırdım. Ancaq etiraf edim ki, insanı yaxından tanımadan onun haqqında tam fikir formalaşdırmaq olmur.
Ötən il qızım Nəsrinlə birlikdə ADA Universitetində Hafiz müəllimlə görüşmək imkanımız oldu. Bu görüş mənim üçün sadəcə bir tanışlıq deyildi. O gün mən yalnız böyük vəzifələr daşımış bir dövlət xadimini deyil, həm də böyük ürəyə malik bir insanı tanıdım.
Nəsrinin həm memarlıq sahəsində təhsil aldığını, həm də Muğam müsabiqəsinin diplomantı olduğunu eşidəndə onun maraqla verdiyi suallar, səmimi münasibəti və xoş sözləri qızımın da, mənim də yaddaşımızda qaldı. O, gənclərin uğuruna sevinən, onların gələcəyini düşünən bir müəllim kimi danışırdı.
Məni ən çox təsirləndirən isə onun sadəliyi oldu. İllərlə Azərbaycanın adını dünyanın ən böyük siyasi mərkəzlərində təmsil etmiş bir insanın tələbələri ilə eyni masada əyləşməsi, onlarla birlikdə nahar etməsi, hər kəsə eyni diqqət göstərməsi mənə çox şey anlatdı.
Həmin gün mən Hafiz müəllimin böyüklüyünü vəzifəsində yox, sadəliyində gördüm.
Mən Cənubi Azərbaycanın ab-havasında böyümüş bir insanam. Hafiz müəllimin ailəsinin bağlı olduğu Sofyanın Əndəbil kəndinin ,Təbrizin adı çəkiləndə içimdə qəribə bir doğmalıq hissi oyanırdı. Bəzən insanları yaxınlaşdıran yalnız tanışlıq olmur. Eyni torpağın qoxusu, eyni yurdun xatirələri, eyni mənəvi dəyərlər də insanları bir-birinə bağlayır.
Bu gün Hafiz müəllimin 85 illik yubileyində mən ona yalnız görkəmli diplomat, alim və təhsil təşkilatçısı kimi baxmıram. Mən onu Azərbaycanı sevən, insanlara dəyər verən, sadəliyi ilə hörmət qazanan böyük bir ziyalı kimi görürəm.
Hafiz müəllim, Sizə möhkəm cansağlığı, uzun ömür və yeni uğurlar arzulayıram. Allah Sizə can sağlığı versin ki, yetişdirdiyiniz tələbələrin, xidmət etdiyiniz Azərbaycanın uğurlarını uzun illər görəsiniz.
Sizinlə olan qısa görüşümüz mənim yaddaşımda həmişə xoş bir xatirə kimi yaşayacaq.
12:25 / 07 İyul 2026
1
12:18 / 07 İyul 2026
18
12:00 / 07 İyul 2026
384
11:58 / 07 İyul 2026
53
11:52 / 07 İyul 2026
131
11:51 / 07 İyul 2026
44
11:33 / 07 İyul 2026
57
11:22 / 07 İyul 2026
88
11:10 / 07 İyul 2026
69
11:09 / 07 İyul 2026
67
11:05 / 07 İyul 2026
67
11:01 / 07 İyul 2026
208
10:53 / 07 İyul 2026
280
10:48 / 07 İyul 2026
65
10:46 / 07 İyul 2026
67
10:39 / 07 İyul 2026
79
10:32 / 07 İyul 2026
71
10:15 / 07 İyul 2026
449
10:12 / 07 İyul 2026
84
09:59 / 07 İyul 2026
84
09:58 / 07 İyul 2026
1033
09:38 / 07 İyul 2026
527
09:34 / 07 İyul 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.